Vüqar Bayramov: \"Tarif Şurasının qərarı dərmanların qiymətini optimallaşdıracaq\"

Vüqar Bayramov: \

Tarif (Qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ilə ölkədə dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi və qiymətlərin optimallaşdırılması nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

 

"Bu qərar vətəndaşların dərmanlara əlçatanlığının artırılması baxımından vacibdir, insanların daha ucuz dərman almasına səbəb olacaq, eyni zamanda, əvvəlki dövrlərdə tapılmayan və qıt hesab edilən dərmanların artıq optimal qiymətə apteklərdə satılmasına imkan verəcək” - deyə o qeyd edib.

 

Deputat vurğulayıb ki, dərman preparatlarının qiymətlərinin tənzimlənməsi, keyfiyyətin artırılması uzun müddət diqqət mərkəzində olub: "Dövlət başçısının müvafiq fərmanı ilə “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı”.

 

Onun sözlərinə görə, dərman bazarı vətəndaşların ən çox müraciət etdiyi bazarlardan biri olduğu üçün burada qiymətlərin optimallaşdırılması və bəzi məhsullar üzrə ucuzlaşma, eyni zamanda keyfiyyətin artırılması sosial təminat baxımından önəmlidir: “Nəticədə vətəndaşların dərman xərcləri azalacaq. Bu isə ümumilikdə ailələrin xərclərini azaldacaq. Ümumilikdə bu qərar sosial xarakter daşıyır, vətəndaşlarımızın sosial təminatına dəstək kimi qiymətləndirilməlidir”.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...