Niyama qarşı DƏLƏDUZLUQ: \"Məcbur edir ki, yalnız mənimlə...\"

Niyama qarşı DƏLƏDUZLUQ: \

Müğənni Niyam Salamiyə qarşı dələduzluq edilib.

 

Sfera.az xəbər verir ki, sənətçinin youtube sosial platforması mənimsənilib.

 

Bu barədə Niyam özü məlumat verib:

 

"Şəkildə gördüyünüz bu şəxsin adı Mameddir. Özünü az qala Azərbaycanda “internet ağa”sı kimi təqdim edən bu şəxs, adımla bağlı olan şəxsi youtube səhifəmi mənimsəyərək virtual haqlarımı göz görə-görə pozur. Dəfələrlə sivil şəkildə ona müraciət edib səhifəmin şifrəsini istəsəm də, o, müxtəlif bəhanələr gətirərək şifrəni verməkdən boyun qaçırır.

 

Sözü gedən Mamedi mən illərdir tanıyıram. Və dillər əzbərinə çevrilmiş “Gülüm-gülüm” mahnısına çəkilən klipin youtube piarını ona həvalə etmişdim. Bunu ona görə qeyd edirəm ki, ekran işindən əldə olunan gəlirdən bir qəpik də olsun qonorar almamışam (söhbət həm də kanalımda yayımlanan digər ekran işlərindən də gedir).

 

Mamedin gördüyü işlərdən şikayətçi olan müğənnilər çox olsa da, yenə ilk adı hallanan mən, yəni sizin Niyam Salami oldu. Buradan üzümü hüquq-mühafizə orqanlarına tutub xahiş edirəm ki, məsələyə ciddi yanaşılsın. Youtube kanalım real təhlükə altındadır. Mən Mamed adlı şəxslə heç bir halda əməkdaşlıq etmək istəmirəm. O, isə məcbur edir ki, yalnız mənimlə işləməlisən!”.

BAKU.WS


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...