Metro ilə daşınan sərnişinlərin sayı 138 milyonu ötüb 

Metro ilə daşınan sərnişinlərin sayı 138 milyonu ötüb 

Bu il Bakıda metro ilə daşınan sərnişinlərin sayında artım olsa da, hələ də 2019-cu ildəki nəticəni təkrarlamaq mümkün olmayıb. 


Sfera.az xəbər verir ki, ilk 8 ayda metro ilə daşınan sərnişinlərin sayı 7,9 faiz artaraq 138,4 milyon nəfərə çatıb. 2019-cu ilin eyni dövründə daşınan sərnişinlərin sayı isə 150,3 milyon nəfər olub. 


Bu il hər gün orta hesabla 577 min, 2019-cu ildə 626 min sərnişin daşınıb. 


Qeyd edək ki, metro ilə sərnişin daşınmasının sayı 2019-cu ildə son 30 ilin ən yüksək səviyyəsinə çatıb. 2020-ci ildə karantinin tətbiqindən sonra metrodan istifadə edənlərin sayı kəskin şəkildə azaldı. Sərnişinlərin sayında artım 2021-ci ildə qismən, 2022-ci ildə isə kəskin şəkildə artdı.


2023-cü ildə də artım davam edir, amma hələ 2019-cu ildəki nəticəni təkrarlamaq mümkün olmayıb.


Vasif


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...