Olimpiya Stadionu və Beynəlxalq Avtovağzalın qarşısında yol qəzası olub - FOTO

16:40 / 13.09.2023
4793
Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Qəza səbəbindən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb.
Digər bir yol-nəqliyyat hadisəsi isə Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb. Bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. Hər iki yolda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.