Füzulidə ağır qəza - 2 ölü, 5 yaralı + FOTO

Füzulidə ağır qəza - 2 ölü, 5 yaralı + FOTO

Ötən gecə Füzuli rayonunda ağır yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, saat 21 radələrində Həsənov Şaiq Hiday oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Füzuli rayonu Qayıdış-5 qəsəbəsi ərazisində qəza törədib. Belə ki, avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

 

Nəticədə Ş.Həsənov və avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmmədov Fizuli Ceyhun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

 

Avtomobildə olan digər sərnişinlər - 2003-cü il təvəllüdlü Məmmədov Abid Elşən oğlu, 2002-ci il təvəllüdlü Zamanov Rəhim Arzuman oğlu, 2001-ci il təvəllüdlü Aslanov Cavanşir Rauf oğlu, 2002-ci il təvəllüdlü Əhmədov Rövşən Xaləddin oğlu və 2000-ci il təvəllüdlü Quliyev Elnur İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

ABŞ Ukraynaya maliyyə yardımını dayandırır? – Baydendən AÇIQLAMA

Son zamanlar Ukraynaya ayrılan maddi yardımların dayandırılacağı barədə müzakirələr aktuallaşıb. Bu baxımdan, ABŞ-nin Kiyevə dəstəyini dayandırması ehtimalı dün...

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam b...

Bir görüşün əks-sədası: Nazir nə qədər adil olsa da...

Əbülfəz Qarayevin nazir olduğu dövrdə, Milli Kino günü ilə bağlı keçirilən tədbirdə bir qrup kino adamına  mükafat verilirdi. Heç yadımdan çıxmaz, mükafatç...

Şenol Günəş AFFA-dan təklif aldığını TƏSDİQLƏDİ: “Oturub danışacağıq”

Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlərdən biri kimi göstərilən Şenol Güneş səssizliyə son qoyub.   Sfera.az xəbər verir ki, tanı...

Azərbaycanda növbədənkənar seçki niyə elan edildi? 

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.   Prins...

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

"Hiss edilən zəlzələlər davamlı olaraq baş verəcək. 2024-cü ildə də Xəzər dənizində belə zəlzələlər olacaq".    Sfera.az xəbər verir k...