Bakıda sığorta idarəsində işləyən qızın intim görüntüləri yayıldı, atasının ÜRƏYİ PARTLAYIB ÖLDÜ

Bakıda sığorta idarəsində işləyən qızın intim görüntüləri yayıldı, atasının ÜRƏYİ PARTLAYIB ÖLDÜ

Bu günlərdə gənc qızı özündən asılı vəziyyətə salaraq, onu cinsi istismara məruz qoyan 54 yaşlı Salyan sakininin məhkəməsi başa çatıb. İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxılıb.

 

Sfera.az Publika.az-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Rövşən Məmmədov Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə təqsirli bilinib.

 

Belə ki, Rövşən Bakı şəhər Nəsimi rayonu ərazisində avtomobilini sığortalatdırarkən orada çalışan gənc qız - Səmayə (ad şərtidir) ilə tanış olub. Bundan sonra onların arasında münasibət yaranıb və görüşməyə başlayıblar. Növbəti görüşlərin birində Rövşən qızın intim görüntülərini lentə alıb və daha sonra bu görüntülərlə onu şantaj edərək təkrar görüşlərə məcbur edib.

 

Qeyd edək ki, Səmayənin Rövşənlə münasibəti pozmasından sonra o, qızın görüntülərini ailəsinə və digər yaxınlarına göndərib. Səmayənin atası bundan xəbər tutanda ürəyi partlayaraq ölüb.

 

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində Səmayə Rövşənə ağır cəza verilməsini xahiş edib.

 

Məhkəmənin hökmü ilə Rövşən Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR

Günəşdə yaranan qara dəlik planetimizə radiasiya yayır

Alimlər Günəşin səthində açılmış qara dəliyin yerə radiasiya cərəyanlarının geomaqnit qasırğaları yaydığını aşkarlayıblar.   Sfera.az-ın məlumatına g...

"Bir az soyuqqanlı olun" - Qurban Yetirmişli

"Belə hadisələrə öyrəşmək lazımdır".   Sfera.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qu...

Seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq - RƏSMİ

Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmağa başlayacağı vaxt açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmol...

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.   Sfera.az-ın xəbərinə görə, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir. &nbs...

"Dağıntı və tələfatla bağlı DİN-ə məlumat daxil olmayıb" - Elşad Hacıyev

"Dağıntı, tələfat, hər hansısa xoşagəlməz halla bağlı məlumat daxil olmayıb".   Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mət...

Zəlzələ nəticəsində dağıntı olub? - RƏSMİ AÇIQLAMA

“Bu gün FHN-ə dağıntılarla bağlı heç bir məlumat daxil olmayıb”.    Sfera.az xəbər verir ki, bunu FHN-nin Tikintiyə Nəzarət Dövlət A...