Regionlardakı turizm obyektlərindən şikayətlər ARTIR

Regionlardakı turizm obyektlərindən şikayətlər ARTIR

Quru sərhədlər bağlı olduğuna görə istirahət üçün bölgələrə üz tutan vətəndaşlarımız kifayət qədərdir. Təəssüf ki, regionlardakı turizm obyektləri ilə bağlı şikayətlər də çoxalır. İnsanlar bölgələrdə təbii məhsullardan istifadə edə biləcəklərini düşünsələr də,  əksi ilə qarşılaşırlar. Necə deyərlər, bu sahədə də işbazlar iş başındadır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, regionlarda yerləşən ictimai-iaşə müəssisələrinin əksəriyyəti çox acınacaqlı vəziyyətdədir:

 

“Çünki onlar mütəxəssislərlə işləmir, hər şeyin ucuzuna qaçırlar. Belə olduqda isə keyfiyyət aşağı düşür. İlk növbədə qida məhsullarının keyfiyyətli olması, saxlanması daşınması və.s məsələlər nəzarətdə olmalıdır. Təəssüf ki, ictimai-iaşə müəssisələrinin çoxunda çalışanların, rəhbərliyin qida bilgisi yoxdur. Əksəriyyəti təlimlərdə iştirak etməyən adamlardır və ya heyəti təlimatlandıracaq qədər biliyə malik deyillər. Gərək rəhbərlik nəsə bilsin ki, tələb də etsin. Regionlara dincəlməyə üz tutursan, amma xidmətin sıfır səviyyəsində olduğunu görürsən. Restoranın tutumu tutaq ki, 100 nəfərdisə, masa sayına, insan tutumuna görə ofisiantlar olmalıdır. Hər işçinin də öz ərazisi olmalıdır, yəni 2 masaya baxan və ya 3 masaya baxan süfrəçilər var. Bunlar tənzimlənməlidir. Yeməklər ən azı 15 dəqiqəyə müştərinin önündə olmalıdır. Yoxsa insanlar restoranda əyləşir, saatlarla yemək gözləmək məcburiyyətində qalırlar. Həm işçi azlığı, həm də mövsümdən yararlanıb daha çox pul qazanmağa çalışmaq keyfiyyəti aşağı salır”.

 

Müsahibimiz bildirib ki, bölgələrdə restoranlara, ictimai-iaşə obyektlərinə nəzarət sistemi yoxdur:

 

“Bununla bağlı qanun, standart yoxdur, ona görə də bölgələrdə turizm bərbad vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, quru sərhədlər bağlı olduğuna görə insanlar ən azından həftəsonları regionlara üz tutmağa üstünlük verirlər. Bu baxımdan ən azı həftəsonları bölgələrdəki ictimai-iaşə müəssisələri əlavə ofisiantlar cəlb etməlidirlər. Onların qida bilgiləri olmalı - ətin, balığın, digər məhsulların saxlanma şəraitinə nəzarət edilməlidir, bişirmə, soyutma texnologiyalarına riayət olunmalıdır və.s. Təəssüf ki, Azərbaycanda bu bilgilərə sahib çox az otel və restoranlarımız var”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...