Azərbaycanda yoxsulluq səviyyəsi AZALIR - Ən çox kasıb bu yerlərdə yaşayır

Azərbaycanda yoxsulluq səviyyəsi AZALIR - Ən çox kasıb bu yerlərdə yaşayır

2022-ci ilin yekunlarına əsasən, Azərbaycanda yoxsulluq səviyyəsi 5,9 faizdən 5,5 faizə düşüb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il yoxsulluq həddi isə 204,7 manatdan 229,6 manata yüksəlib. 


2022-ci ildə Azərbaycanda əhalinin orta sayının 10,095 milyon nəfər olduğunu nəzərə alsaq, məlum olur ki, ötən il əhalinin 555 min nəfərdən bir qədər çoxu yoxsul olub.  


2021-ci ildə yoxsul əhalinin sayı 590 mindən çox idi. 


Son illərdə ən yüksək yoxsulluq səviyyəsi 2020-ci ildə qeydə alınmışdı. Həmin tarixdə əhalinin 6,2 faizi yoxsul vəziyyətində idi. Ölkəmizdə ən aşağı yoxsulluq səviyyəsi isə 2019-cu ildə qeydə alınıb. 2019-cu ildə əhalinin 4,8 faizi yoxsul olub. 


2022-ci ildə baş verən mühüm dəyişikliklərdən biri qadınlar arasında yoxsulluğun kişilərə nisbətən daha sürətlə azalmasıdır. Əvvəlki illərdə qadınlar arasında yoxsulluq səviyyəsi kişilərlə müqayisədə daha yüksək olurdu. Amma 2022-ci ildə vəziyyət dəyişib. Ötən ilin nəticələrinə əsasən, kişilər arasında yoxsulluq səviyyəsi 5,9 faizdən 5,6 faizə, qadınlar arasında 6 faizdən 5,1 faizə geriləyib.


Ölkəmizdə ən yüksək yoxsulluq səviyyəsi isə kənd yerlərindədir. Kənd yerlərində son 3 ildə yoxsulluq səviyyəsi yüksəlir. 2020-ci ildə kənd yerlərində yoxsulluq 5,2 faizdən 7,3 faizə yüksəlib. Növbəti illərdə artım davam edib və 2021-ci ildə 7,8 faizə, 2022-ci ildə 8,6 faizə çatıb. 


Şəhər yerlərində isə yoxsulluq səviyyəsi 5,3 faizdən 2,9 faizə düşüb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Temesgen Tirunehin ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Respublikası Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiy...

Bu MMC-nin rəhbəri 20 min manat CƏRİMƏLƏNDİ

"Asel Kredit BOKT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qaza...

Azərbaycanlı 19 kursant Türkiyədə səkkiz aylıq kursu TAMAMLADI

Azərbaycan Silahlı Qüvvələrinin 19 kursantı Ankarada Jandarm Logistika Akademiyası Komandanlığının kurslarını müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar....

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış OLDULAR

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.   Sfera.az xəbər verir ki, ma...

Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ! - Sizi bu yolla aldadırlar

“Etibarnamə yolu ilə əmlak almayın”.   Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzliyev deyib. Onun sözlərinə...

İsraildən Türkiyənin addımına CAVAB: "Ləğv edirik"

Türkiyənin birtərəfli qaydada İsraillə xarici ticarət əlaqələrinə son verməsi qarşı tərəfin də adekvat addım atmasına səbəb olub.  Sfera.az “Blo...