“Abituriyent” jurnalının məsul katibi vəfat etdi - FOTO

“Abituriyent” jurnalının məsul katibi vəfat etdi - FOTO

Azərbaycan alimi, pedaqoq, “Abituriyent” jurnalının məsul katibi Hikmət Kazımov vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtaha Mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, o, avqust 21-də 72-ci yaşında dünyasını dəyişib.

 

Məlumat üçün bildirək ki, H.Kazımov M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra həyatını elmi-pedaqoji fəaliyyətə həsr edib, gərgin elmi axtarışlarının nəticəsi olaraq pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. Onun səmərəli elmi-tədqiqat işlərini davam etdirməklə bərabər, mütəxəssis hazırlığı sahəsində məhsuldar fəaliyyəti də həmişə yüksək qiymətləndirilib.

 

Hikmət Kazımov uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib, Komissiyaya daxil olan müraciətlərin vaxtında, obyektiv və qanunvericiliyin tələblərinə uyğun baxılmasında, vətəndaş məmnunluğunun yaradılmasında müstəsna əmək sərf edib. Onun “Abituriyent” jurnalının məsul katibi kimi fəaliyyəti də uğurlu olmuş və jurnalın elmi-metodiki cəhətdən hazırlanmasına özünəməxsus müsbət töhfələr verib.

 

Allah rəhmət eləsin!

 


OXŞAR XƏBƏRLƏR

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. &...

“Baydenin yenidən prezident seçilməsi fəlakət olar” - Senator Lindsi Qrem

“Baydenin yenidən prezident seçilməsi bütün dünya üçün fəlakət olar”.   Sfera.az bildirir ki, bunu amerikalı senator Lindsi Qrem deyib. O...

Sabahın hava proqnozu AÇIQLANDI

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bə...

Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”

“Daha ədalətli dünya üçün çalışmalıyıq”.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkila...

Nazir məktəblərdə qızılca ilə bağlı son vəziyyəti AÇIQLADI

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ ş...

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsr...