DİM Məleykə Abbaszadə barədə xəbər yaydı

DİM Məleykə Abbaszadə barədə xəbər yaydı

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 3-cü “Yüksəliş” müsabiqəsinin eksperti və bir qrup finalçısı ilə görüşüb.

 

Mərkəzdən Sfera.az-a verilən məlumata görə, görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixinə aid muzey ilə tanış olublar.

 

Görüş “Yüksəliş” müsabiqəsinin iştirakçıları və Mərkəz arasında təcrübə mübadiləsi aparmaq, faydalı mövzularda təlimlər təşkil etmək və sosial layihələr həyata keçirmək məqsədilə təşkil olunub.

 

Görüşdə DİM-in müsabiqə zamanı iştirakçıların bilik və kompetensiyalarının ölçülməsində rolu, dünya təcrübəsində mövcud tendensiyalar və eyni zamanda onların Azərbaycanda tətbiqi zamanı yarana biləcək çətinliklər və real imkanlar barədə müzakirələr aparılıb.

 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.


OXŞAR XƏBƏRLƏR

“Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır” - BƏYANAT

“Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır”.   Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyini...

Şəki rayonuna dolu düşüb - FAKTİKİ HAVA

İyunun 18-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Qax, Xınalıq, Şəki, Qusar, Qrız, Şahdağ, Yardım...

MN Fransaya XƏBƏRDARLIQ ETDİ

“Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir”.   Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydı...

MN: "Makron rejimi regionda davamlı sülhün təmin olunmasına maneə olur"

“Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda ...

“NATO hərbi xərclərini 18 faiz artıracaq” – Stoltenberq

ABŞ prezidenti Co Bayden Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ikili burada med...

MN: "Yeni müharibəyə görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq"

Azərbaycan Müdafiə Nazirliyi media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kon...