Bütün müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Bütün müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

 

Bu barədə Sfera.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

 

Xatrıladaq ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncamına əsasən pensiyalar 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.

 

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək.


OXŞAR XƏBƏRLƏR