“Allahın bizdən istədiyi fırlanmaqdır?” – İlahiyyatçıdan Həcc ziyarətinə gedənlərlə bağlı ŞOK AÇIQLAMA

“Allahın bizdən istədiyi fırlanmaqdır?” – İlahiyyatçıdan Həcc ziyarətinə gedənlərlə bağlı ŞOK AÇIQLAMA

“Bəzi korrupsionerlər Həccə getməklə bütün günahlarının bağışlanacağına inanır.  Həcc ziyarəti sanki günahyuma aparatıdır”.

 

Bunu Sfera.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib. O, Qafqaz Müsəlmanları İdarəsinin Həcc ziyarəti üçün təyin etdiyi məbləğin yüksək olmasından gileylənib:

 

“10 min manatın müqabilində təkcə səhər yeməyi verəcəklər, onu da  ziyarətçilər yeyə bilməyəcək. Odur ki, ziyarətçilərin orada keçirdiyi müddət ərzində əlavə məbləğə də ehtiyacı var. Bəzi insanlar ömür boyu özünü ziyarətə hazırlayır. Lakin sual etsək ki, 24 saatın neçə saatını ziyarətdə keçirirlər, deyəcəklər ki, namaz vaxtlarını. Məqsəd budurmu? Allah bizdən bunu istəyir? Axı 10-12 min manat pulla 6 azərbaycanlı tələbənin illik təhsil haqqını ödəmək olar. Qiymət məsələsi isə Qafqaz Müsəlmanları İdarəsinin monopoliyasındadır. Bununla bağlı isə hesabat verilmir”.

 

İlahiyyatçı bəzi şəxslərin ziyarətə yalnız “hacı” statusunda olmaq üçün getdiyini deyib:

 

“Ziyarətə gedən insanlar günlərini otellərdə qalmaqla, Kəbə ətrafında təvaf etməklə, Quranda olmamasına baxmayaraq, şeytana daş atmaqla keçirirlər. Təbii olaraq kim hara istəsə, gedə bilər, amma bu səfəri din adı altında həyata keçirmək düzgün deyil. Kəbəni ziyarət edənlər 7 dəfə dövr edirlər. Allahın bizdən istədiyi fırlanmaqdırmı?  Ziyarətdən qayıdanda isə özlərinə “hacı” dedizdirirlər. Sanki onlar süddən çıxmış ağ qaşıqlardır. Hətta bəziləri deyir ki, mən saxta araq satmaram, çünki hacıyam. Yəni insanlar 10-12 min manat verməklə yalnız “hacı” titulunu almağa çalışırlar. Son olaraq deyim ki, Həcc anlayışının islami tərəfi yoxdur”.

 

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti 9 106 manat müəyyən olunub.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Xanım deputat yenidən namizəd oldu

Milli Məclisin VI çağırış deputatı Könül Nurullayeva 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.    Sfera.az-ın məlumatına...

Sumqayıtda iti öldürən şəxs cərimələndi

Sumqayıt  şəhərində sahibsiz itin ölldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşla...

İlham Əliyev Çex Respublikasının Baş naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb...

Kürdə batdığı ehtimal olunan Səidin axtarışları davam edir- VİDEO

İyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun a...

Rusiyada general vəzifəsindən uzaqlaşdırıldı

Rusiyada general Vadim Şamarin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsindən kənarlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barə...

Ərdoğan Trampla telefon danışığı apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb. Sfera.az xəbər verir ki, danışıq zamanı&...