Sumqayıtda məktəbli qız qaçırıldı
Sumqayıt şəhərində 9 saylı orta məktəbin 11-ci sinif şagirdi olan qızı qaçırıblar.
Bu barədə şəhər sakinləri avropa.info-ya xəbər veriblər.
Sayt yazıb ki, baş verən hadisə ilə bağlı 9 saylı məktəbin direktoru Bəhruz SəlimxanovSumqayıt şəhər Polis İdarəsinə aparılıb.
Direktor isə polisə çağırılması barədə yayılan məlumatları təkzib edib.
Sfera.az bildirir ki, Bəhruz Səlimxanov publika.az-a açıqlamasında deyib ki, polisə çağırılması barədə yayılan məlumatlar doğru deyil:
"Mənim polisə çağırılmağım barədə yayılan xəbərlər doğru deyil. Gördüyünüz kimi, heç yerə getməmişəm və iş başındayam. Digər tərəfdən isə məktəbimizin qız şagirdinin qaçması barədə məlumata malik deyiləm. Əgər kimsə dərsdən sonra qoşulub qaçırsa belə, onun məsuliyyətini biz daşımırıq".