Dünyasını dəyişən hamilə pilot və körpəsini YARDILAR

Dünyasını dəyişən hamilə pilot və körpəsini YARDILAR
Bakı şəhər Prokurorluğu pilot qadının ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Dilarə Babayevanın vəfatı ilə bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. D. Babayevanın və onun bətnindəki körpənin meyitlərinin daxili və xarici müayinəsi aparılıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib. Hazırda iş üzrə zəruri-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə bir neçə gün əvvəl baş verib. İlkin olaraq zəhərlənmə ehtimalı ilə 1 saylı şəhər xəstəxanasına daxil olan 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı orada ölüb. D. Babayeva xəstəxanaya daxil olarkən hamilə olub və onun bətnindəki 36 həftəlik körpəsi də tələf olub.

Kapitan rütbəli D. Babayeva Dövlət Sərhəd Xidmətinin pilotu olub.

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...