Cəlilabadda yol qəzası oldu: xəsarət alan var

23:13 / 07.04.2021
2091
Cəlilabadda yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.
Belə ki, qəza zamanı iki "Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə sürücülərdən biri xəsarət alıb və o, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.