Cəlilabadda yanğın olub

Cəlilabadda yanğın olub
 Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 

Sfera.az xəbər verir ki,  hadisə rayonun Abdullu kənd sakini Ağaşükür Haqverdiyevə məxsus tövlə qəfildən yanmağa başlayıb. Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə tövlədə yığılmış 300-dən çox ot bağlaması yanaraq yararsız hala düşüb. Hadisənin hansı səbəbdən  baş verdiyi hələlik  məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 
 
(report)

OXŞAR XƏBƏRLƏR