Canni De Byazi: “Artıq futbolçularla bir-birimizi yaxşı anlayırıq”

Canni De Byazi: “Artıq futbolçularla bir-birimizi yaxşı anlayırıq”
"Oyunlardan öncə bizim iclaslarda, komandanın içində olsaydınız, uşaqları necə motivasiya etdiyimi görərdiniz. Onlara ilk növbədə ürəkli, istəkli oynamağı tapşırırdım. İstəyirdim ki, meydana 11 aslan çıxsın”.

Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "CBC Sport” telekanalındakı "Start” verilişində qonaq olarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, yığma güclü komandala qarşı daha yaxşı oynayır: "Çünki onları tanıyırıq. Texniki və taktiki baxımdan hər matça yaxşı hazırlaşmaq lazımdır. Meydana çıxıb öz oyunumuzu göstərməyə qorxuruq. Amma mən futbolçulara başa salıram ki, özümüzə inansaq, rəqibi qaçmağa məcbur etsək, onlar da bizdən çəkinəcək”.

65 yaşlı baş məşqçinin sözlərinə görə, beyin mühərrik deyil ki, nəyisə dəyişəndə işləsin: "Bunu 1 gündə etmək olmaz, vaxt lazımdır. Əvvəlcə özüm bu mentaliteti başa düşməliyəm. Artıq futbolçularla bir-birimizi yaxşı anlayırıq. Amma Portuqaliya və ya Serbiya kimi yığmalara uduzursansa, o demək deyil ki, sənin mentalitetin, qalib ruhun yoxdur. Məğlubiyyət normal haldır. Əsas odur, oyundan öncə beynində rəqibə uduzmayasan və meydana çıxıb sonadək vuruşasan”.

Qeyd edək ki, Canni De Byazinin AFFA ilə müqaviləsi noyabrın 30-da başa çatacaq.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...