Üç şadlıq evinin rəhbəri HƏBS EDİLDİ - Gəncədə

Üç şadlıq evinin rəhbəri HƏBS EDİLDİ - Gəncədə
Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları Operativ Qərargahın qəbul etdiyi qaydaların yerinə yetirilməsinə nəzarət məqsədi ilə tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları aidiyyəti qurumların əməkdaşları ilə birlikdə keçirdikləri müvafiq tədbirlər nəticəsində bəzi şadlıq saraylarında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması aşkar edilib.

Belə ki, "Tural” və "Min Bir Gecə” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməyib. Həmin şadlıq saraylarının rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 25 gün müddətə inzibati qaydada həbs edilib.

ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə "Gəncə Palas” şadlıq sarayının müvafiq portalda qeydiyyat aparmayaraq toy məclisi keçirməsi məlum olub. Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 10 gün müddətə inzibati qaydada həbs edilib.
 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...