BVF-dən inflyasiya xəbərdarlığı: Güclü bahalaşma daimi olacaq

BVF-dən inflyasiya xəbərdarlığı: Güclü bahalaşma daimi olacaq
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın bəzi bölgələrində yüksək inflyasiyanın daimi olacağı haqda xəbərdarlıq edib.
 
Sfera.az bildirir ki, BVF-nin təmsilçisi Cerri Reys tədarük zəncirinin kəsilməsinin davam edəcəyi və ya qısamüddətli qiymət hərəkətləri ilə əlaqədar yüksək inflyasiyanın hələ bir müddət davam edəcəyini proqnozlaşdırdıqlarını söyləyib.
 
Reys keçirdiyi mətbuat konfransında bir çox ölkədə inflyasiya təzyiqlərinin yayıldığını və tələb-təklif disbalansının daha uzun müddət qalacağını bildirib.

İqtisadiyyatların əksəriyyətində inflyasiya gözləntilərinin ümumiyyətlə sabit olduğunu vurğulayan Rays, "Ancaq tədarükdə azalmalar davam edərsə və ya inflyasiya gözləntiləri pisləşərsə, yüksək inflyasiya daimi ola bilər" dedi.
 
ABŞ-da inflyasiyanın 2022-ci ildə azalacağının gözlənildiyini qeyd edən Reys, siyasətçilərin yuxarı risklərə qarşı diqqətli olmasını tövsiyə edib.
 
Dünyanın bəzi bölgələrində təbii qaz qiymətlərinin rekord həddə yüksəldiyini qeyd edən Reys, istilik tələbinin azalması və təchizatın tənzimlənməsi ilə enerji qiymətlərinin gələn il normal səviyyəyə qayıtmasının gözlənildiyini bildirib.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR