"Bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır"

 Son günlərdə metropolitenin fəaliyyətini dayandırması ilə ictimai nəqliyyatın yükü avtobus şəbəkəsinin üzərinə düşüb. Bakı Nəqliyyat Agentliyi sərnişin axınını tənzimləmək üçün xəttə buraxılan avtobusların sayını artırmaqla metronu əvəz edən ekspres marşrutları xəttə buraxıb. Lakin yenə də, müəyyən saatlarda avtobus salonlarında sıxlıqlar müşahidə olunur. Bəs bunun əsas səbəbi nədir?

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı 7news.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, avtobuslar arasında intervalları azaltmaqla və xəttə əlavə avtobuslar buraxmaqla ictimai nəqliyyatdakı yükü bir qədər azaltmaq olar: "Lakin bu da problemi tamamilə aradan qaldırmır. Sıxlıqların yaranmasına səbəb olan ən vacib amillərdən biri metronun bağlanmasıdır. İctimai nəqliyyat sektoru biri digərini tənzimləyən və balanslaşdıran canlı orqanizm kimidir. Burada metro bağlanırsa, digər nəqliyyat növünün sərnişindaşıma üzrə yükü artır". 
 
 
Ekspert zaman-zaman müraciətlər edərək vətəndaşları zərurət olmadıqca evdən çıxmamağa və ictimai nəqliyyatdan istifadə etməməyə çağırdıqlarını, lakin bu çağırışlara əməl etməyənlərin olduğunu bildirir: "Xatırlayırsınızsa, insanlar bir dönəm təhlükəsizlik kəmərindən istifadə etmirdilər. Bunun bir səbəbi sürücülərdə olan eqoizm hissi idi. İndi pandemiya şəraitində nəqliyyatda süni sıxlıqlar yaradan, eləcə də qoruyucu tibbi maskadan istifadə etməyən şəxslərin bu hərəkətinin qarşısını ictimai qınaqla almaq çətindir. Qaydalara əməl olunması üçün yüksək məbləğdə cərimələrin tətbiq də cəmiyyət tərəfindən arzuolunan deyil. Sosial-maddi problemlər cərimələrin yüksək məbləğdə müəyyən olunmasına imkan vermir. Buna görə də, vətəndaşların özləri sosial məsuliyyətlərini dərk etməli, qaydalara əməl etməli və mümkün qədər ictimai nəqliyyatdan az istifadə etməlidirlər".

"Metro açılan zaman burada sıxlıqlar yaranır və yoluxma riski artır. Metro bağlandıqdan sonra isə sərnişinlər avtobuslara yönəlir ki, bu da avtobus şəbəkəsinin yükünü artırır. Fikrimcə, bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır və metronunun bağlaması yanlış qərar idi. Nəqliyyatın yükü bütün ictimai nəqliyyat arasında proporsional bölünməlidir", -deyə ekspert əlavə edib.

OXŞAR XƏBƏRLƏR

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...