Bunları acqarına etməyin - 4 ZƏRƏRLİ VƏRDİŞ

Bunları acqarına etməyin - 4 ZƏRƏRLİ VƏRDİŞ

Sağlamlığımıza ciddi təhlükə yaradan gündəlik vərdişlərimizə əksər hallarda əhəmiyyət vermirik. Xüsusən də qarın ac olarkən, faydasını və zərərini düşünmədən təkrarladığımız 4 vərdiş bizi arzuedilməz nəticə ilə üzləşdirər.

Sfera.az yenicag.az-a istinadən insan orqanizmi üçün zərərli olan 4 vərdişin doğura biləcəyi nəticələri təqdim edir:

- Faydalı tərkibə malik olan və enerji verən qəhvəni acqarına içmək zərərli vərdişə çevrilə bilər. Qəhvədəki kofein təmizlənmiş olsa da, mədənin turşuluq dərəcəsini artırır və yanma hissi yaradır. Bu zaman çaya üstünlük vermək tövsiyə olunur.

- Sitrus meyvələrinin şirəsində bol miqdarda vitamin, mineral və orqanizim üçün faydalı elementlər var. Lakin bu şirələri acqarına qəbul etməyin. Çünki qastrit və ya həzm problemləri olan şəxslərin mədə turşuluğunu qıcıqlandıra bilər. Yox, əgər acqarına içmək istəyirsinizsə, meyvə şirələrini eyni miqdarda su ilə qarışdırın. Bu cür meyvə şirələrini daha çox səhər yeməyində içmək məsləhətfir

- Acqarına aspirin, asetaminofen və steroid olmayan anti-inflamatuar dərmanlar qəbul etmək olmaz. Bu, ciddi həzm problemləri yaradır. Tərkibindəki maddələr hətta mədə qanaxmasına gətirib çıxarır. Bu cür dərmanların təsirini azaltmaq üçün onları südlə içməynizdə fayda var. Süd yoxdursa, bol su ilə qəbul edin.

 

- Ac halda idman etmək də zərərlidir. Çünki boş mədəyə idman etdikdə, daha çox kalorinin yandırılması haqda deyilənlər doğru deyil. Boş mədədə nə qədər kalori ola bilər ki? Əksinə, acqarına idman edərkən, bədəndəki əzələ kütləsi azalır.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...