Büdcə xərclərinin 7 faizi xarici borcun ödənişinə gedir - ŞƏRH

Büdcə xərclərinin 7 faizi xarici borcun ödənişinə gedir - ŞƏRH

Dünya ölkələrinin 43 faizi borclara münasibətdə təhlükəli zonadadır. Bu da pisgöstərici hesab edilir. Elə ölkələr var ki, orada borcun məbləği ümumi daxili məhsul (ÜDM) istehsalından 2-3 dəfə yüksəkdir. Belə yüksək borclanma həmin ölkələrin iqtisadi tarazlığı üçün böyük təhdid yaradır.


 

Sfera.az xatırladır ki, Azərbaycanın da xarici borcu var və 2015-ci ildəki devalvasiyalardan sonra xeyli artıb. İqtisadçı alim Rasim Həsənov deyir ki, borc bütün iqtisadi proseslərə çox ciddi təsir vasitəsidir. "Borcu iqtisadi fəaliyyətin resursu”, - hesab edən ekspert qeyd etdi ki, ondan düzgün istifadə etmək vacibdir. Onun sözlərinə görə, əks təqdirdə borcun iqtisadiyyata xeyrindən çox zərəri olur: "Dünya ölkələrinin 43 faizi borclara münasibətdə təhlükəli zonadadır. Bu da ciddi göstərici hesab edilir. Azərbaycanda borcların əsas hissəsi dövlət maliyyəsində yox, dövlət sektorundadır.


Beynəlxalq təcrübədə ölkənin xarici borcunun dayanıqlığı göstəricisi əsasən 3 indikator vasitəsi ilə müəyyənləşdirilir: xarici borc/məhsul və xidmətrin ixracı; beynəlxalq ehtiyatlar/xarici borc; xarici borc/əhali sayı. BVF-n tövsiyyələrinə əsasən ölkənin xarici borcunun risk səviyyəsini məcmu xarici borc/ÜDM" göstəricisi ilə müəyyənləşdirməsi məqsəduyğundur. Bu meyara əsasən borc ÜDM-nin 30% səviyyəsindədirsə aşağı riskli, 50%-ən çoxdursa yüksək riskli borc hesab olunur. Bu kriteriyalara uyğun olaraq Azərbaycanda xarici borcla bağlı təhlükə yoxdur”.


Beynəlxalq maliyyə institutunun məlumatlarına əsasən dünya üzrə borc tarixi maksimuma çataraq 2020 əvvəlinə qlobal milli məhsulun 322% çatmış və 253 trilyon dollar təşkil edib. ABŞ-da borc yükü 327%, Yaponiya 540%, Avrozona ölkələri 388% olub. Borc məbləğlərinin artmasının əsas səbəbi faiz dərəcələrinin hamılıqla aşağı salınmasıdır”.


R.Həsənov məlumat verdi ki, Azərbaycan dövlətinin borcu ilə bağlı ən mühüm sənəd 2018-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədidir. O bu sənəddə 3 strateji hədəfin müəyyən olunduğunu dedi: "Həmin hədəflər dayanıqlı və idarəolunan dövlət borcu səviyyəsinə nail olmaq, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizmlərinin gücləndirilməsidir.


2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanın dövlət borcu 16,87 milyard manat təşkil edir. Adambaşına dövlət borcu 1675,8 manat olub. Ümumi dövlət borcunun 15,454 milyard manatı (91,6 faizi) xaric borc, 1,415 milyard manatı daxili borcdur. Azərbaycanın dəyişən faiz dərəcəsi ilə olan borc öhdəliyi xarici borc məbləğinin 52,8 faizini, sabit dərəcə ilə olan isə 47,2 faizini təşkil edir.


Staretegiyada 2018-2025-ci illərdə dövlət borcunun idarə olunması sahəsində əsas məqsəd dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM nisbətinin tədricən azaldılmasıdır. Dövlət zəmanəti ilə cəlb edilən xarici borcun tərkibində əsas borclara "Cənubi Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi xərcləri (3,147 milyard dollar), "Azərenerji” ASC (928,2 milyon dollar), "Azərbaycan Dəmir Yolları” QSC (479 milyon dollar), SOCAR (460,6 milyon dollar) və sair təşkilatların (778,3 milyon dollar) xarici maliyyə mənbələrindən dövlət zəmanəti ilə cəlb etdikləri kreditlər daxildir. Daxili dövlət zəmanətli borcun tərkibinə isə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın toksik aktivlərinin alınması üçün "Aqrarkredit” tərəfindən buraxılan qiymətli kağızlara verilən dövlət zəmanəti (10,59 milyon manat), SOCAR-ın bir sıra layihələrinin maliyyələşdirilməsinə verilən dövlət zəmanəti (321,7 milyon manat) və Əmanətlərin Sığortalanması Fondunun xeyrinə buraxılan sadə veksel (800 milyon manat) üzrə borclar daxildir”.


Ekspert R.Həsənov qeyd etdi ki, rəsmi məlumatlara əsasən 2020-ci ildə ümumi dövlət borcunun ÜDM-yə nisbəti 20,7 faiz,borca xidmətlə bağlı xərclərin dövlət büdcəsi xərclərinənisbəti 6,8 faiz səviyyəsində nəzərdə tutulub ki, bu da Strategiya ilə müəyyən edilən həddən 8,2 faiz bəndi aşağıdır: "Aparılan araşdırmalar göstərir ki, milli valyutanın məzənnəsində ola biləcək hər hansı dəyişiklik nəticəsində dövlət borcunun həcminin, həmçinin borca xidmət xərclərinin artması riski daim diqqət mərkəzində saxlanılmalıdır. Borclanmanın institusional təhlili vacibdir. Borcları alanların və istifadə edənlərin borclanma prosesində səmərəliliyin artırılmasının vacibliyi, dövlət borcunun xarakteri nəzərə alınmaqla, ən aşağı xərclə tələb olunan maliyyələşmənin təmin edilməsi mühüm hədəflərə çevirilməlidir”.


Ekspert hesab edir ki, ölkəmizdə nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə və şirkətlərində mövcud kredit xətlərinə fərdi yanaşmaqla borc tənzimlənməlidir: "Kredit layihələri və resursların istifadəsinə nəticəlilik və səmərəlilik baxımından maliyyə nəzarəti təmin olunmalı, xarici makroiqtisadi şokların büdcə və xərclərinə təsirinin azaldılması məqsədilə borc yükünün valyuta priorotetləri müəyyənləşdirilməli, mütəmadi olaraq valyuta riskləri qiymətləndirilməlidir”.

 

 

 

Vasif

 

OXŞAR XƏBƏRLƏR

Xarici borcları daxili borclar əvəz edəcək – Şərh

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin avqustun 4-də keçirilən iclasında Maliyyə naziri Samir Şərifov dövlətin borc siyasətinə tox...

Qeyri-ərzaq mallarının ticarəti və xidmətlər bazarı kiçilir - TƏHLİL

  2020-ci ilin birinci yarısının nəticələrinə əsasən, ölkədə ərzaq mallarının ticarəti genişlənsə də qeyri-ərzaq mallarının ticarəti kiçilir. Sərt karan...

Böhrandan necə çıxmalı?- Daxili investisiyalara ehtiyac artır

İqtisadi böhranın baş verməsi investisiya qoyuluşuna da mənfi təsir göstərir. Tənəzzül dövründə imkanlı şəxslər, şirkətlər, iri investorlar, həmçinin banklar ...

Rəqabət Məcəlləsinin qəbulu niyə müşkülə çevrilib? - PROBLEM

Azərbaycanda iqtisadi sahəsində münasibətləri tənzimləyən və qəbulu uzanan mühüm qanunvericilik sənədlərindən biri də Rəqabət Məcəlləsidir. Azad rəqabət mühit...

Dollar alışı kəskin azalıb – Aylar üzrə statistika açıqlandı

Bu ilin mart ayında dollara artan kəskin tələbdən sonra dollar alışında sürətli azalma müşahidə edilir.   Sfera.az-ın məlumatına görə, Mərkəzi Bank...

Pandemiya dövründə varlanmaq istəyənlər üçün QIZIL YAZI

Ötən ildən başlayaraq qızılın qiymətinin bahalaşması prosesi hələ də davam edir. Bunun nəticəsində iyunun 24-də qızılın dəyərində son illərin ən yüksək səviyy...