Bu yaş dövrü qadınlar üçün təhlükəlidir - DİQQƏT!

Bu yaş dövrü qadınlar üçün təhlükəlidir - DİQQƏT!
 

Britaniya şirkətinin sağlam qidalanma üzrə aparıcı mütəxəssisləri qadınların və kişilərin neçə yaşından sonra sürətlə kökəlməsi ilə bağlı araşdırma aparıblar.

Sfera.az medicina.az-a istinadən bildirir ki, bunun üçün eksperimentlər aparılıb. Mütəxəssislər ilk növbədə min nəfərin vərdişləri, qida rasionu, daha sonra işlərinin xüsusiyyətləri hətta şəxsi münasibətləri də daxil olmaqla onların həyat tərzini təhlil edib.

Araşdırmaların nəticəsinə görə, qadınlar üçün ən təhlükəli yaş dövrü 35-40 arasıdır.

Zərif cinsin nümayəndələrinin əksəriyyəti hamiləlik zamanı kökəlməyə başlayır və hesab edir ki, ikicanlı olduğu üçün iki nəfərin yerinə yeməlidir. Lakin uşaq dünyaya gəldikdən sonra hamiləlik müddətində aldığı çəkilərdən sürətlə xilas ola bilmir və depressiyaya düşür.

Kişilər isə 40 -45 yaşından sonra köklüyə meylli olur. Buna səbəb xroniki yorğunluq və tənbəllikdir. Yaxud da karyera qurmaq həvəsi kişilərin başını o qədər qatır ki, idmanla məşğul olmağa sadəcə vaxt qalmır.

Bundan əvvəlki araşdırmalarda isə insanın 25 yaşından sonra sürətlə kökəlməyə başaldığı iddia edilmişdi. Bu, 25 yaşından sonra insanın yemək vərdişləri və hormonal tarazlıqlar dəyişməsi ilə izah olunmuşdu.

Hərəkətsiz həyat və nizamsız yuxu da buna əlavə olunduqda maddələr mübadiləsinin sürəti yavaşlayır və bədəndə yağ nisbəti artır. Beləliklə, kökəlmək qaçılmaz olur.

Yaş, cins, yuxu müddəti, mütəmadi aclıq halı, qızdırma ilə müşayiət olunan xəstəliklər, fiziki fəaliyyət kimi amillər və hormonlar da maddələr mübadiləsinin sürətinə təsir edə bilər. 25 yaşından sonra azalan bu sürət köklüyə gətirib çıxarır.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...