Bu vitamin arıqlamağa kömək edir

Bu vitamin arıqlamağa kömək edir
D vitamininin faydalarından səhərə qədər danışmaq olar: kalsiumun mənimsənilməsinə kömək edir, hormonları tənzimləyir, sümükləri möhkəmləndirir və bütün immun sistemini yaxşılaşdırır, əlavə olaraq depressiyanın inkişaf riskini də azaldır.

Sfera.az xəbər verir ki, alimlər D vitamini səviyyələri ilə artıq çəki arasındakı mümkün əlaqəni araşdırıb. Məlum olub ki, çəki problemi həm də D vitamini çatışmazlığı ilə əlaqədardır. Bir insanın çəkisi nə qədər çox olarsa, bir o qədər "günəş" vitamini tələb olunur.

D vitamini qəbul etmək çəkinin kəskin şəkildə azalmasına səbəb olmayacaq, lakin ümumi sağlamlığa kömək edəcək və istədiyiniz çəkini qoruyacaq. Eyni zamanda, D vitamini bədəndəki yağ hüceyrələrinin yığılmasına mane olur. Son araşdırmaların nəticələrinə görə, bu bioloji aktiv maddəni 12 həftə qəbul etdikdən sonra bədən piylənməsində azalma baş verir.

D vitamini çatışmazlığının əlamətləri

Yorğunluğun artması

Depressiv vəziyyətlər

Ani sümük və əzələ ağrısı

Əzələ zəifliyi

Saç tökülməsi

Əlbəttə bu əlamətlər digər vitamin çatışmazlığı və sağlamlıq problemlərinə də xasdır. İstnilən halda simptomlardan birini uzun müddət müşahidə edirsinizsə, həkimə müraciət etməyiniz tövsiyə olunur.

D vitamini heç vaxt yetərli deyil: xüsusən də yayda səviyyəsini artırmaq üçün əlverişli fürsətdən istifadə etmək asandır. Daha çox günəşdə olun, günəş işığı dəri tərəfindən əmilir və D vitamininə çevrilir.

Pəhrizinizi nəzərdən keçirin: yağlı balıqlar (skumbriya, qızılbalıq, ton balığı), süd məhsulları, yumurta sarısı və göbələk D vitamin ehtiyatlarını artırmağa kömək edəcək. D vitamini əlavəsinin praktik olaraq heç bir dadı yoxdur, odur ki, onu qəbul etmək çətin olmayacaq.

Təəssüf ki, D vitamininin özü arıqlamağa kömək etməyəcək, ancaq ümumi sağlamlıq üçün çox fayda gətirəcək. İdman və düzgün qidalanma sayəsində ideal bədən quruluşuna sahib ola biləcəksiniz./publika.az/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxmaqdan 100% qoruyan 2 AMİL AÇIQLANDI

Koronavirusa yoluxmadan 100% zəmanətli qorunma üsulu açıqlanıb. Sfera.az xəbər verir ki, britaniyalı infeksionistlərin elmi tədqiqatlarının nəticəsi The T...

Azərbaycanda son sutkada bu qədər şəxs COVID-19-a yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1178 yeni yoluxma faktı qeydə alınıb, 2322 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabine...

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 62 588 nəfər vaksinasiya olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. B...

Canlı yayımda professordan dəhşətli ETİRAF: 1 və 6 aylıq körpələrə qızılca vaksini əvəzinə COVID-19 peyvəndi vurulub

Ege Universitetinin Tibb fakültəsinin müəllimi, prof. dr. Zafer Kurugöl canlı yayımda 1 və 6 aylıq körpələrə koronavirusa qarşı peyvənd vurulduğunu açıqlayıb.&n...

Koronavirus həmişə bizimlə olacaq, amma öldürməyəcək - Peyvənd ixtiraçısından AÇIQLAMA

Hazırda 182 ölkədə koronavirusla mübarizədə istifadə olunan Oxford/AstraZeneca peyvəndini hazırlayan alim Sara Gilbert virusun gələcəyi barədə danışıb. ...

Professordan iddia: “İnsanları öldürən koronavirus deyil”

"İki ilə yaxındır dünya səviyyəsində koronavirus infeksiyası ilə mübarizə aparılır. Bu müddət ərzində virusun yaratdığı xəstəlikdən qorunmağın yolları, müalicə ...