Bu vərdişlər onurğanı çökdürür - DİQQƏT!

Bu vərdişlər onurğanı çökdürür - DİQQƏT!

Biz çox fikir verməsək də, hamımız oturub-duranda müəyyən formalara daha çox öyrəşirik. Bunlardan bir qismi vaxt keçdikcə qamətimizə və ümumi sağlamlığımıza mənfi təsir göstərə bilər.

Sfera.az medicina.az-a istinadən sizə sağlamlığımıza mənfi təsir edən və tez-tez rast gəlinən vərdişləri təqdim edir:

Başı aşağı telefon işlətmək
Demək olar ki, müasir  həyatı telefonsuz təsəvvür etmək mümkün deyil. Smartfonlar gündəlik işlərimizdə vacib köməkçimizdir. Amma bəzi hallarda smartfondan istifadə etdikdə biz başımızı qarşıya aparıb uzun müddət çox narahat bir pozisiyada qalırıq. Məsələ ondadır ki, bizim başımızın çəkisi bədənimizin orta oxundan uzaqlaşanda 25-30 kiloya qədər qalxır. Bu da boyun əzələ və onurğa strukturlarının həddən artıq yüklənməsidir. Bu isə gələcəkdə onurğa sütununun zədələnməsinə səbəb ola bilər. Bunu aradan qaldırmaq üçün telefon işlətdikdə onu göz səviyyəsində saxlamaq məsləhətdir.
 
Uzun müddət oturaq halda qalmaq

Çox oturanda vücudumuzun əzələləri və onurğamızın strukturları həddən artıq yüklənir, zəifləyir və zədələnməyə daha meylli olur. Bu bir müddətdən sonra ağrı və digər problemlərə yol aça bilər. Bir vaxtlar xarici tibdə geniş yayılmış  "oturmaq vərdişi-yeni siqaret çəkmək vərdişidir" ifadəsi mübahisəli olsa da, həqiqətən oturaq və hipodinamik həyat tərzinin sağlamlığımıza mənfi təsiri haqqında müasir tibdə çox məlumatlar var.

Beləliklə, iş rejiminiz oturaqdırsa, çalışın hər 20-30 dəqiqədən bir durun və 2-3 dəqiqə hərəkət edin. Bu əzələ və onurğa strukturunun qan dövranı üçün vacibdir.

Telefonu çiynimizlə saxlama vərdişi
Adətən vaxt çatışmazlığı bizi eyni anda bir neçə iş görməyə vadar edir. Bir çoxumuz telefonla danışanda əllərimizlə başqa iş görmək istəyir və bu səbəbdən onu çiyinlə sıxıb saxlayırıq. Bu vərdiş çiyin, boyun, kürək əzələləri həddən artıq yükləyir və strukturlarda gərginlik yaradır. Bunun əvəzində iş görəndə xüsusi qulaqcıqlardan istifadə edin.

 

Başı önə aparıb monitora baxmaq
Saatlarla monitora baxanda düz qaməti saxlamaq çox çətindir. Çiyinlərinizi yığıb başınızı çox qabağa aparırsınızsa bədəninizin normal biomexaniki yüklənməsi dəyişir. Boyunun təbii lordozu pozulur, əzələlər və vətərlər gərginləşir.

Monitorun qarşısında oturarkən başınızı düz saxlamağa çalışın, çiyinlərinizi qabağa yığmayın. Yadınızda saxlayın ki, qulağınız və çiyniniz eyni vertikal oxda olmalıdır. Bunun üçün iş yerinizin təşkilinə fikir verin. Klaviatura rahat yaxın məsafədə, monitor göz səviyyəsində olmalıdır.

Ayağı ayağın üstünə qoyub oturmaq
Tez-tez rast gəlinən vərdişlərimizdən biri də bu hərəkətdir. Belə pozisiyada oturanda biz çanaq, bel, bud nahiyəsinin, əzələlərin və oynaqların balansını pozuruq. Eyni zamanda ayaqlarda sinir və damarlar sıxıla bilər. Bəzi insanlarda bu hətta ayaqlarda keyləşmə, normal hərəkətin məhdudlaşması və digər simptomlar verə bilər. Simptomlar keçici olsa da, sinir sıxılması barədə siqnal verir.

OXŞAR XƏBƏRLƏR

Arıqlamağa kömək edən səhər yeməkləri məlum olub

 Mütəxəssislər səhər yeməyi üçün xüsusi batonlar, müsli və mağaza şirələrindən yayınmağı tövsiyə edir. Belə ki, onların tərkibində yüksək miqdar şəkər və d...

Ürəyi məhv edən qidalar açıqlandı - Hər gün yeyirsiz

 Rusiyanın tanınmış kardioloqu, tibb elmləri namizədi Anna Koreneviç ürəyi zamanla məhv edən yüksək qlisemik indeksli zərərli ərzaqların siyahısını təqdim ...

2 min il əvvəl zeytun yağı haqda nə yazılıb? - Video

  Həmişə, bütün dövrlərdə dünyamız sülhə ehtiyac duyub və ümidə sarılıb. Yoxsa zeytun 7 min ildir ümidin və sülhün rəmzi kimi əksər xalqların mifologiyası...

Sol böyrü üstə yatmayın - Həkim səbəbi açıqladı

 Yatarkən bədənin hansı tərəfi üstə çevrilmək barədə istər dində, istərsə də tibdə təzadlı fikirlər səsləndirilir. Bu məsələyə hətta peyğəmbərlər də toxunu...

Koronavirusdan daha DƏHŞƏTLİ VİRUS GƏLİR: 72 saat…

Kanadada Koronavirusun ardından Salmonella virusu paniki başlayıb.  Sfera.az Buta.ws-ə istinadən xəbərinə görə, Kanada Xalq Sağlamlığı Agentliyi, ABŞ...

Koronavirus xəstələri hansı vitaminləri qəbul etməlidir? - Kardioloq TÖVSİYƏSİ

 Koronavirus infeksiyasından sağalan xəstələr sağlamlıq vəziyyəti pis olduqda B qrupu və D vitaminlərini qəbul etməlidir. Sfera.az xəbər verir ki, bu...