Bu təkliflərə inanmayın! - AZAL-dan sərnişinlərə MÜRACİƏT

Bu təkliflərə inanmayın! - AZAL-dan sərnişinlərə MÜRACİƏT
 Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabiletlərin müxtəlif şəxslər tərəfindən satılması barədə məlumatların yayılması ilə əlaqədar olaraq Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi məlumata etibar etməyi və digər mənbələrdən alınan müxtəlif təkliflərə inanmamağı sərnişinlərdən xahiş edir.

"Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən Sfera.az-a bildirilib ki, hazırda aviabiletlər yalnız "AZAL” və "Türk Hava Yolları” aviaşirkətlərinin rəsmi internet saytlarında satılır.

Xatırladırıq ki, 2020-ci ilin 2 iyul tarixindən 29 avqust tarixinədək AZAL həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək. "Türk Hava Yolları” aviaşirkəti 1 iyul tarixindən etibarən çərşənbə və cümə günləri reyslər həyata keçirəcək.

Aviabiletlər hər hansı digər kənar resurslardan alındığı təqdirdə etibarsız aviabilet əldə etmək və ödənilən vəsaiti itirmək təhlükəsi mövcuddur. Bu qəbildən təkliflər meydana çıxdığı halda araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

OXŞAR XƏBƏRLƏR

"Karantin rejimi nə qədər davam edəcək?" sualına - Prezidentdən cavab

 "Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini g...

SON DƏQİQƏ! TƏBİB məlumat yaydı

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 6-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

"Məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir" - Prezident

 "Xəstəliyin yayılmasının səbəbi bəzi insanlarınn məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırd...

DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

 DTX-nın həbs etdiyi XİN vəzifəlisi Səlim Əlizadənin qardaşı Bakı Dövlət Universitetində dekan vəzifəsində çalışır. Sfera.az xəbər verir ki, Hikmət Ə...

AZAL-dan sərnişinlərə XƏBƏRDARLIQ

 Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL aviaşirkət...

Nazirlər Kabinetindən yeni QƏRAR

 Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə q...