No Image
No Image

Bu şəxslərə hər ay pul veriləcək

Bu şəxslərə hər ay pul veriləcək
"Bildiyiniz kimi, bu ilin əvvəlindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdündə ciddi artımlar edildi. Eyni zamanda yeni sosial dəstək paketi çərçivəsində I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılıb”.

 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, indiyədək I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) pensiyasının üzərinə 22 manat əlavə olunmaqla verilirdi. 2021-ci ilin əvvəlindən bu əlavə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin pensiyasına əlavələr istisna olmaqla) ləğv olunsa da, əvəzində onlara verilən 100 manat təqaüd 30 manat artırılaraq 130 manata çatdırılıb.

Beləliklə, I dərəcə əlilliyi olan şəxslərə yönələn sosial ödəniş nəticə etibarilə azalmır, əksinə, daha da artırılır.

"Eyni zamanda, I dərəcə gözdən əlilliyi olan şəxslərin pensiyasının üzərinə edilən 110 manat əlavə də onların aldıqları 100 manat təqaüdlə birləşdirilib və 2021-ci ilin əvvəlindən onlara aylıq 210 manat təqaüd müəyyən edilib”.

O, qeyd edib ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 120 manat əlavənin əvəzində də onlara yeni 120 manat məbləğində təqaüd təsis edilib:

"Habelə elmlər doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 200 manat əlavənin əvəzində onlara yeni 200 manat təqaüd veriləcək. Göründüyü kimi, qeyd olunan şəxslərə yönələn sosial ödənişin forması dəyişsə də, nəticə olaraq onun məbləği dəyişmir.

Ona görə də hazırda yanvar ayının pensiyasını alarkən müvafiq əlavənin olmadığını gördükdə bilsinlər ki, həmin əlavə məbləğ onların təqaüdləri ilə birləşdirilməklə və ya təqaüd formasında veriləcək. Yaxın günlərdə yanvar ayı üzrə təqaüdlərin də verilməsi təmin olunacaq.

 
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan şəxslərə isə bildiririk ki, onlara qeyd edilən təqaüdlər elektron qaydada, proaktiv şəkildə təyin olunaraq ödəniləcək. Buna görə də təqaüd təyinatı ilə bağlı onların hər hansı quruma müraciət etmələrinə ehtiyac yoxdur.

Moderator.az
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şuşa türməsindən tükürpədici kadrlar: Kameraya girən şəxs nələri gördü?

Məşhur Şuşa türməsi... Bu divarlar arasında çox sirr yatır. Nələri, kimləri görməyib bu divarlar? Şuşa türməsi Çar Rusiyası dövründə - XIX əsrin ortaları...

Rəmiş dünyasını dəyişdi - FOTO

Rəmiş kimi tanınan xalq artisti, məşhur gitara ifaçısı, Rafiq Hüseynov dünyasını dəyişdi. Sfera.az xəbər verir ki, o, hepatit C mənşəli xroniki qaraciyər ...

“Növbəti pandemiya 10 dəfə daha ağır olacaq” - Bill Qeytsdən bütün dünyanı qorxuya salacaq açıqlama

"Microsoft” şirkətinin təsisçisi, xeyriyyəçi, dünyanın ən varlı insanlarından biri olan Bill Qeyts COVID-19 pandemiyasının hələ başlanğıc olduğunu bildirib. ...

Polkovnik Tehran Mənsimov fəaliyyətindən danışdı

"Hazırda Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edirəm". Sfera.az xəbər verir ki, bunu Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, ...

11 rayon və şəhərdə düşmənin dağıtdığı evlər bərpa edilir - VİDEO

Vətən müharibəsi dövründə ermənilərin təxribatçı hücumları nəticəsində müxtəlif şəhər və rayonlarımızda zərər görmüş fərdi evlərin və digər infrastrukturun bərp...

Tehran Mənsimov Şuşa əməliyyatından danışdı: "Elə əsgərlər, hərbçilər var idi ki... "

"Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrd...