Bu rayonlarda iki gün qaz olmayacaq

Bu rayonlarda iki gün qaz olmayacaq
Diametri 1 200 mm olan 'Mozdok-Qazıməmməd" yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi 2 gün ərzində təmir işləri aparacaq.

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilir ki, kəmərin 332 və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28 və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, "Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq "Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur. Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə "Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.



OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...