Bu ölkədə fövqəladə vəziyyət 2023-cü ilədək uzadıldı

Bu ölkədə fövqəladə vəziyyət 2023-cü ilədək uzadıldı
Myanmada fövqəladə vəziyyət rejimi 2023-cü ilin avqustunadək uzadılıb.
 
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Baş Qərargah rəisi, general Min Anq Hlainq açıqlayıb.

"Azad və ədalətli çoxpartiyalı seçki keçirmək üçün şərtləri yaratmalıyıq. Hazırlıq görməyə məcburuq. Çoxpartiyalı ümumi seçkiləri xətasız gerçəkləşdirəcəyimə söz verirəm”, - o bildirib.

Qeyd edək ki, 8 noyabr 2020-ci ildə Myanma ordusu seçkilərdə hiylə olduğu iddiasınının ortaya atılması və ölkədə siyasi gərginliyin artmasının ardından 1 fevralda hakimiyyəti ələ keçirib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR