Bu obyekt sahibləri 4 min manat cərimələndi

Bu obyekt sahibləri 4 min manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Abşeron və şimal sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, Novxanı, Türkan və Hövsan çimərlikləri ərazisində keçirilən reydlər zamanı "Neptun”, "Balıqçı”, "Alma”, "Antalya”, "Mirvari”, "Qala”, "Riad Park” və "Caspian Beach” istirahət mərkəzlərində tullantı sularının təmizlənmədən dənizə axıdılması faktı aşkarlanıb.

Sözügedən obyektlərə cavabdeh şəxslər Rəhim Xəlilov, Pərvanə Eyyubova, Anar Quliyev, Fərhad Əsgərov, Azər Rzaquliyev, Şahin Babayev, Anar Allahyarov və İsmayıl Hüseynov barəsində akt, protokol tərtib olunub və hər biri vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimə edilib.

Həmçinin Xəzər dənizinin şimal sahil zolağında keçirilən reydlər zamanı isə "Elay”, "Malibu”, "Jalə”, "Yalama-Xəzər Tusit Bazası” və "Lokomotiv” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılmasına görə akt və protokollar tərtib olunub.

Obyekt sahibləri Maya Vəliyeva, Rüfət Nəsizadə, Amil Məmmədov, Mahir Şirəliyev vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimə edilib, "Lokomotiv” istirahət mərkəzinin isə hüquqi şəxs qismində cərimə olunması üçün tərtib olunan sənədlər rayon məhkəməsinə göndərilib.

Obyekt sahiblərinə sutəmizləyici qurğuların quraşdırılması üçün icrası məcburi olan "məcburi göstəriş”lər verilib.

OXŞAR XƏBƏRLƏR

Sürücülərə ŞAD XƏBƏR: Kamera vasitəsilə cərimə yazılmayacaq - RƏSMİ

Daxili İşlər Nazirliyi Bakı şəhərində karantin postlarını yığışdırandan sonra avtomobil sahiblərinin müşahidə kameraları vasitəsilə cərimələnəcəyini açıqlayıb. ...

Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt açıqlandı — RƏSMİ

"Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edir. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”. ...

Təcili yardıma zəng etməyin – Prezidentin köməkçisi

 Hazırda əksər insanlar özündə simptomlar gördüyü zaman koronavirusa yoluxduğunu düşünür. Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat r...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI — RƏSMİ

 "Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşar...

Kreditlərə güzəşt ediləcək? - Prezidentin köməkçisindən AÇIQLAMA

 "Ola bilsin gələcəkdə dövlətin kreditlərlə bağlı güzəşt paketlərinə baxmasına ehtiyac yaransın”. Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...