No Image
No Image

Bu məzmunlu statusları yazmaq olmayacaq - "Facebook”dan QƏRAR

Bu məzmunlu statusları yazmaq olmayacaq -
"Facebook” şirkəti sosial şəbəkə platformasında siyasi məzmunlu informasiyaların sayını azaldacaq.

Sfera.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Mark Zukerberq illik maliyyə hesabatını təqdim etdiyi çıxışında deyib.

"Facebook”un verdiyi məlumata əsasən, siyasi xarakterli informasiyalar şəbəkədə olan statusların içində təxminən 6%-lik payı tutur. Mark Zukerberq abunəçilərdən xəbər lentində bu cür informasiyaların sayının azaldılması ilə bağlı hər gün minlərlə istək aldıqlarını söyləyib. O, insanların əsas istəklərinin nədən ibarət olduğu barədə ciddi araşdırmalar apardıqlarını və tezliklə bir neçə testin keçiriləcəyini sözlərinə əlavə edib.

Şirkətin planına əsasən, şəbəkədə siyasi məzmunlu məlumatların azaldılması ilə bağlı ilk addım Kanada, Braziliya və İndoneziyada atılacaq. Amerikalılar tətbiq olunacaq yenilikləri hələ bir neçə həftə sonra hiss edəcəklər.

Bununla bərabər "Facebook” dövlət strukturları tərəfindən ötürülən informasiyaları, habelə koronavirusun yeni tipləri barədə verilən xəbərləri, o cümlədən səhiyyə orqanlarının elanlarını olduğu kimi çatdıracağını vəd edib.

Xatırladaq ki, "Facebook” şirkəti 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində xüsusilə Demokrat partiyasının nümayəndələri tərəfindən ciddi tənqidə məruz qalıb.

Belə ki, demokratlar həmin seçkilərdə Rusiya xüsusi xidmət orqanlarının kiberəməliyyatlarla sosial şəbəkədə on minlərlə saxta hesab və bot yaradaraq keçmiş prezident Donald Trampın lehinə reklam verdiklərini, onun rəqibi Hillari Klintonun isə qaralama kampaniyasına məruz qoyulduğunu söyləyirdilər. Buna görə, hətta Mark Zukerberq Senatda ifadə verməyə məcbur qalmışdı.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

İşlənmiş elektrik batareyaları necə utilizasiya edilməlidir? - FOTO

Müasir dünyanın ən aktual və mühüm məsələlərindən biri ekoloji problemlər və onların törətdiyi fəsadlardır. Ekoloji problemlərin yaranma səbəbləri olduqca geniş...

"LinkedIn" istifadəçilərinin məlumatları ələ keçirildi - Kiber hücumlar olacaq

"Ötən həftə ortaya çıxan "Facebook" məlumatlarından sonra 740 Milyon istifadəçisi olan "LinkedIn" platformasından 500 Milyon istifadəçinin məlumatı hakerlər tər...

Mükəmməl mərc şirkəti 1xBet - Qeydiyyatdan keç və qazan

Mükəmməl mərc şirkəti 1xBet bir çox cəhətdən bazar lideri hesab olunur. İndi bir çox fərqli əyləncə növünə və səxavətli bir promosyon kampaniyasına sahib olan ç...

Azercell ilk Azərbaycan dilli səs köməkçisini yaratmaq istəyir: Milli Siri gəlir?

Müasir informasiya texnologiyalarının sürətli inkişafı həyatımıza özüylə birlikdə yeni dönəm, yeni qloballaşma mərhələsini - rəqəmsal iqtisadiyyatı gətirdi. Bu ...

Tvitter ötən il əldə etdiyi gəliri AÇIQLADI

Eyniadlı sosial şəbəkəyə sahib olan "Twitter” şirkətinin ötən il əldə etdiyi gəlir açıqlanıb. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkət 202...

"WhatsApp"da yeni funksiya işə salınacaq

"WhatsApp" messenceri danışıq tarixçələrinin "iOS" və "Android" əməliyyat sistemləri arasında köçürülməsini asanlaşdıracaq funksiyanı işə salmağı planlaşdırır. ...