Bu ölkədə 2 milyon pişiyin öldürülməsi barədə qərar çıxarıldı

Bu ölkədə 2 milyon pişiyin öldürülməsi barədə qərar çıxarıldı
 Avstraliya hökuməti havadan zəhərli sosislər atmaqla, 2 milyon vəhşi pişiyi qətlə yetirməyi planlaşdırır. 2020-ci ilə qədər zəhərlənməkdən əlavə, pişiklərin tələyə salınaraq və güllələnərək kütləvi surətdə qırılmasını nəzərdə tutanın planın məqsədi yerli heyvan növlərini qorumaqdır.

İlk dəfə avropalı müstəmləçilərin gəlməsi ilə Avstraliyada ortaya çıxan vəhşi pişiklər qitədə 20 məməli növünün nəslinin kəsilməsinə səbəb olublar. Bu sözləri Avstraliyanın nəsli kəsilmək təhlükəsi olan heyvanları qoruma komissiyasının rəhbəri Qreqori Endryus deyib

Onun sözlərinə görə, vəhşi pişiklər Avstraliyanın yerli heyvanları üçün "yeganə ən böyük təhlükəyə” çevriliblər:

"Biz indi sevdiyimiz heyvanları və bizi bir ölkə kimi fərqləndirən bilbi, varru və gecə tutuquşusunu qorumaq üçün seçim etmək məcburiyyətindəyik”.

Avstraliyada vəhşi pişiklərin hər il 377 milyon quş və 649 milyon sürünəni ovladıqları bildirilir.

Plana qarşı təbii ki, etiraz edənlər də çoxdur. 160, 000 dən çox insan petisiya imzalayaraq Avstraliya hökumətindən planı dayandırmağı tələb edib.

Bəziləri Avstraliya hökumətinin təkcə vəhşi pişiklərə fokuslandığını, şəhərləşmənin, meşələrin qırılmasının və mədənçilik kimi bioçeşidliliyi məhv edən faktorları nəzərə almadığını deyirlər.

Bununla belə, Avstraliya hökuməti vəhşi pişiklərin kütləvi qətlini yerinə yetirmək planında tək deyil. Yeni Zelandiya da belə bir plan hazırlayıb.

Ölkə 2050-ci ilə qədər bölgənin təbiətinə məxsus olmayan vəhşi pişiklərdən qurtulmağı qarşısına məqsəd qoyub. Keçən il Cənubi Ada bölgəsindəki bir şəhərdə insanlara pişik saxlamaq qadağan edilib.Bilge.az

OXŞAR XƏBƏRLƏR

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

Böyük Britaniya Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əməkdaşlığa görə Rusiyanın iki şirkətinə qarşı sanksiyalar tətbiq edib.   Sfera.az TAS...

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

"Qərb ölkələri Ukrayna münaqişəsinin həlli səbəbilə danışıqlara başlamaq üçün Ukrayna lideri Volodimir Zelenskiyə koordinasiyalı diplomatik təzyiq göstərmə...

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib.    Sfera.az xəbər verir ki, o, kanalla işbirliyinə son qoyub.    S.Mustafayeva xəbəri...

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Milli Məclisin növbəti iclası mayın 21-də keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib:   1. İnsan a...

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Rusiyanın Xarkovu ələ keçirmək planı yoxdur.   Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib....

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Cıdır düzündə olublar.   Sfera.az xəbər verir ki, bu barədə ...