Bu hallarda açıq havada maskanızı çıxara BİLƏRSİNİZ

Bu hallarda açıq havada maskanızı çıxara BİLƏRSİNİZ
"Bu məsələdə heç bir istisna ola bilməz. Küçədə bir kənara çəkilib görünməyən yerdə yemək və ya siqaret çəkmək imkanları varsa, bunu sınaqdan çıxarmaq lazımdır. Qayda hamıya şamil olunur. Əgər kimsə dərman atırsa və polis bunu görürsə, polis də bu vətənın övladıdır və insani münasibtətləri anlayan adamdır, buna görə heç nə etməz".

Bu sözləri  millət vəkili Fazil Mustafa bildirib. 

Onun sözlərinə görə, polis belə hallarda heç kimi saxlamaz: "Ümumi qaydalarda sıxlıq olan yerlərə girib maska taxmayan, avtobuslara girən şəxslərə qarşı cərimələr tətbiq olunacaq. Bundan insanlar narahat olmamalıdır. Bunu bəhanə edib maska taxmamağı bəhanə gətirməməlidirlər.

Mümkün qədər maskadan istifadə olunmalıdır ki, yoluxma halları olmasın. Belə epizodları polis özü başa düşür, kimsə dərman atırsa, ona deyilməyəcək ki, nə üçün maska taxmamısan.

İnsanlar bir kənarda maskasız yemək yeyə və ya siqaret çəkə bilər. Heç kim yeriyərək yemək yemir. Belə məsələrdə vətəndaşlar gərək polisin işini asanlaşdırsın. Polis əməkdaşları qarşısına məqsəd qoymayıb ki, kimisə cərimə etsin. Burda məqsəd çəkindirməkdir və yolxudurmanın qarşısını almaqdır".

Deputat əlavə edib ki, küçədə insanların yanında siqaret çəkənlər əlbəttə cərimə olunmalıdır: "Çünki siqaret çəkən şəxs maskanın altında normal gedən insana birbaşa təsir göstərir. Siqaretin qoxusu çəkməyən şəxsi maskanın altında boğmağa başlayır. Siqaret çəkən şəxslər kənarda bunu edə bilərlər. Mütləq kiminsə yanında siqaret çəkmək lazım deyil. Belə olan halda vətəndaşların hüququ pozulur.

İnsanlar kiçik bir məhrumiyyəti qəbul etməlidirlər. Bu ona görədir ki, virus yayılmasın, problemlər çoxalmasın.

Hər hansı törədilən əməldə qəsd amili olmalıdır. Yəni inzibati xəta və ya digər hal varsa, burada qəsd olmalıdır. Yəni ki, mən maska taxmıram və keyfim belə istəyir. Bu artıq başqa bir haldır.

Bir də var ki, maskam var, amma acam yemək yeyirəm. Kənara çəkilirəm və heç kimə mane olmuram. Təklikdə siqaret çəkən şəxslərlə heç kimin işi olmayacaq".
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...