Azərbaycanda birdəfəlik ödəniş alan işsizlərin sayı 200 minə çatdı - FOTOLAR

Azərbaycanda birdəfəlik ödəniş alan işsizlərin sayı 200 minə çatdı - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 35 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürüb.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək.

Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq 200 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. İşsiz kimi qeydiyyata alınan şəxslər üçün birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra onlara qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilir. İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda "Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər. Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...