Bu gün həbs olunan “klublar kralı” kimdir? - FOTO

Bu gün həbs olunan “klublar kralı” kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Bakının Nərimanov rayonunda yerləşən "İnfiniti” və "Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması ilə əlaqədar sözügedən obyektlərin rəhbərləri həbs olunub. Bunlar "İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser və "Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifovdur.

Sfera.az-ın məlumatına görə, həbs olunanların arasında yer alan "Extra” gecə klubuna rəhbərlik edən Dilsuz Dəmirçiyev digərlərindən fərqli olaraq daha tanış simadır.

Gecə klublarının kralı kimi tanınan Dilsuz Dəmirçiyev müəyyən vaxtlarda paytaxtda "Ellips”, "Otto”, "Süfrə”, "Status” "Malibu” kimi məşhur gecə klublarını çalışdırıb.

2018-ci ildə isə həbs olunub. Buna səbəb iranlı şərikini döyməsi olub. Belə ki, üç il öncə adıçəkilən şəxslə bağlı şəriki Razlighi Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, son hadisə, yəni iki gecə klubunda karantin qaydalarının ciddi şəkildə pozulması daha böyük rezonans doğurub. Bu səbəbdən Nərimanov rayon Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Fərid Vəliyev tutduğu vəzifədən azad edilib. Bundan başqa, gecə klubunun yerləşdiyi əraziyə nəzarət edən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli də tutduğu vəzifədən kənarlaşdırılıb.

Rayon polis idarəsinin rəisi polkovnik Vaqif Müslümov isə hazırda məzuniyyətdədir. Onun vəzifələrini müvəqqəti olaraq rəisin birinci müavini Fərid Vəliyev icra edirdi.

Məlumata görə, işdən çıxarılan İltimas Yusifli sabiq daxili işlər naziri Ramil Usubovun qohumudur.

 
 
(Qafqazinfo)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Polisimiz qondarma "bayrağı" süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu ar...

Kirayə mənzil bazarında “yanan qiymətlər” – Ucuzlaşma olacaqmı?

Son bir neçə ay ərzində kirayə mənzil bazarında qiymət artımı yüksək həddə çatıb. Əyani təhsil qərarı verildikdən sonra isə kirayə mənzillər bazarında yenidən...

Pandemiyanın qol-qanad verdiyi falçılar... - İnsanlarımızın son ümid yeri niyə xurafatdır?

Son zamanlar sosial şəbəkələr vasitəsilə müəyyən məbləğ qarşılığında tale müəyyən edən, öncəgörənliklə məşğul olan baxıcıların aktivliyi müşahidə edilir. Bu pro...

“Qarabağda təbiətin də bərpasına ehtiyac var” – Ekoloqdan açıqlama

Son illər ağacların kütləvi şəkildə qırılması və dünyanı cənginə alan meşə yanğınları gündəmin dəyişməz mövzusuna çevrilib. Xüsusilə ölkəmizdən də yan keçməyə...

Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar – Ölüdən virus keçirmi?

Məlumdur ki, bütün dünyada və Azərbaycanda xəstəxanalarda koronavirusdan vəfat edənləri yuyub kəfənləmək üçün evə və dini qurumlara göndərmir, bu prosedurlar el...

Avtomobillərin texniki baxışı DYP-dən alınsın? – Deputatdan açıqlama

"Avtomobillərə texniki baxışın DYP-dən alınıb, özəl qurumlara verilməsi müsbət effekt verməyəcək”.   Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məcli...