Cəmİyyət

Bu binalar söküləcək - RƏSMİ

Bu binalar söküləcək - RƏSMİ
Sumqayıtda ötən əsrin 50-ci illərində tikilən binalar söküləcək.
Sfera.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bildirilib.

Qeyd olunub ki, şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək.

Bununla yanaşı vurğulanıb ki, hər birinin 10 mindən çox əhalisi olan Corat qəsəbəsi və "St.Sumqayıt" yaşayış massivi ərazisində yeni uşaq bağçaları tikiləcək, həmçinin mövcud uşaq bağçaları, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, idman qurğuları əsaslı təmir olunacaq. /APA


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930