\"Bu bəyanatın məqsədi hər kəs üçün utancvericidir\" - Aslan İsmayılov

\
"R.Mehdiyevi tanıyanlar çox yaxşı bilirlər ki, sadə fikir ayrılığına bər-bəzəkli siyasi çalar vermək, cəmiyyəti parçalamaq, insanları üz-üzə qoymaq, korrupsiyanı ölkənin idarəetmə sisteminə çevirmək daim onun iş metodu olub".
 
Sfera.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov deyib.
 
Aslan İsmayılov qeyd edib ki, elə indi 27 aprel tarixdə AMEA Rəyasət Heyətinin (əslində Ramiz Mehdiyevin) bəyanatını oxuyub:
 
"Bu bəyanatla bağlı əgər hər hansı yazı olubsa oxumadığıma görə çox təəssüflənirəm. Əgər ümumiyyətlə yazı olmayıbsa bu da çox pisdir. 

R.Mehdiyevin bütün yazıları kimi bu yazını da çox diqqətlə oxudum və başa düşdüm ki, bu bəyanatın məqsədi ”…Vətənin taleyini düşünməmək, onun çətin məqamında vəzifə və sərvət davası etmək kimliyindən asılı olmayaraq hər kəs üçün utancvericidir" cümləsindəki fikirləri söyləmək üçündür. Bu cümlədən başqa yazılanların hamısı ancaq R.Mehdiyev və onun iş metodunu tanımayanlar üçündür. R.Mehdiyevi tanıyanlar çox yaxşı bilirlər ki, sadə fikir ayrılığına bər-bəzəkli siyasi çalar vermək, cəmiyyəti parçalamaq, insanları üz-üzə qoymaq, korrupsiyanı ölkənin idarəetmə sisteminə çevirmək daim onun iş metodu olub. ABŞ və Avropanın Qarabağ məsələsindəki yanlış mövqeyini əlində bayraq edib onları tənqid etməsi də oxucuları çaşdırmamalıdır. Məhz R.Mehdiyev bütün fəaliyyəti dövrü Azərbaycanın ABŞ və Avropa ilə münasibətlərinin korlanmasına çalışıb. Bu da onun Azərbaycanın maraqlarından çıxış etməsindən yox, Rusiyaya sevdasından irəli gəlir. 17 il Prezident Administrasiyasının rəhbəri vəzifəsində olub, ölkəni faktiki idarə edən, vətəndaşlara zülm etdirən bir şəxsin bu gün vətəndaş cəfakeşi olması da mümkünsüzdür. 

Hüquqşünas bildiribki, bəyanatda qeyd edildiyi kimi AMEA-nın islahat və yenilənmə tərəfdarı olması fikri də qeyri-səmimidir. Bütün fəaliyyəti gənclərin yolunu kəsmək, elm ocağını korrupsiya bataqlığına çevirmiş qocalar evinin birdən-birə "islahatçı" olması da yalandır. 

"İndi isə yenidən ”…Vətənin taleyini düşünməmək, onun çətin məqamında vəzifə və sərvət davası etmək kimliyindən asılı olmayaraq hər kəs üçün utancvericidir" cümləsinə qayıdıram. Bəli, əminəm ki, o böyük yazı bu cümləni kimlərəsə çatdırmaq, "hələ də biz varıq" demək üçündür. Hamı bilir ki, bu gün vəzifə davası R.Mehdiyevin komandası ilə "islahatçı" adlandırılan komanda arasında gedir. R.Mehdiyev təyin etdirdiyi icra başçılarının dalbadal həbs olunmasından, vəzifələrindən azad olunmalarından çox narahatdır. Vəzifə davası deyiləndə yəqin ki, bu nəzərdə tutulur. Bundan başqa, o da bəllidir ki, istintaq orqanları həbs olunmuş icra başçılarından oğurladıqlarını qaytarmağı tələb edir. O da bəllidir ki, talançı, rüşvətxor icra başçıları hər ay hara haqq vediklərini geci-tezi danışacaqlar. Hesab edirəm ki, Akademiyanın rəsmi səhifəsini şəxsi bloqa çevirmiş R.Mehdiyevin hər yazısının arxasında ciddi narahatlıq, təhdid mesajları dayanır.

P.S. Məni kimlərəsə qarşı qərəzli olmaqda ittiham edənlərdən xahiş edirəm ki, heç olmasa son 15 ildə Ramiz Mehdiyev və Əli Həsənov haqqında yazdıqlarımla tanış olsunlar".

OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...