Bu avtomobillər bahalaşır - SİYAHI

Bu avtomobillər bahalaşır - SİYAHI
Rusiyada istehsal edilən avtomobillərin qiyməti yüksəlir. 

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qiymət artımlarına səbəb qara və əlvan metalların bahalaşması, məzənnə dəyişikliyi, eyni zamanda "çip” çatışmazlığıdır. 

Hazırda Rusiyada "Toyota”, QAZ, "Volkswagen”, "Nissan”, "Hyundai”, "Mazda”, "Great Wall”, VAZ şirkətlərinin avtomobil modelləri istehsal edilir. 

Avtomobil istehsalçıları xammalın bahalaşması ilə əlaqədar istehsal xərclərinin 5-10 faiz intervalında yüksələcəyini proqnozlaşdırır. Bahalaşma ilin ikinci yarısında bir qədər də güclənəcək. 

Rusiyada qiymət artımları Azərbaycanda da hiss olunur. Artıq "Avtovaz" şirkəti qiymətləri artırıb. Şirkətin müxtəlif minik avtomobil modellərində qiymətlər 4 faizə qədər yüksəlib. 

İlin sonuna kimi avtomobillərin bir qədər də bahalaşması güman edilir. Bahalaşmanın "Granta” və "Vesta”da 3 faiz, "Lada”da 4 faiz, ”Niva Legend”a da 4,25 faiz olacağı proqnozlaşdırılır. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...