\"Bu aktyorların çəkildiyi filmlər Azərbaycanda qadağan olunsun!\" – Əməkdar artistdən ÇAĞIRIŞ

\
Əməkdar artist Nərgiz Cəlilova ermənilərə dəstək olan fransız aktyorlarını tənqid edib.

 

Sfera.az xəbər verir ki, aparıcı sosial media hesabından çağırış edərək bunları yazıb:


 

"Onların iştirakı ilə olan filmlər Azərbaycanda qadağan olunsun! Ermənilərin yalan və iftiralarını dəstəkləyən fransız aktyorlar, Qarabağ həqiqətlərindən bixəbər olanlar...", - deyə N.Cəlilova qəzəbini ifadə edib.

 

Qeyd edək ki, 150-yə yaxın fransız sənətçi ermənilərə dəstək üçün imza toplayıb. Onlar arasında Alen Delon, Pyer Rişar, Jan Reno, Fanni Ardan, Jyulet Binoş, Klod Leluş və digər məşhur simalar var.

 

 

Jalə Mehdi

Sfera.az


OXŞAR XƏBƏRLƏR