Brüsseldə NATO-Gürcüstan əməkdaşlığı müzakirə olunacaq

17:40 / 14.01.2022
1519
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yanvarın 17-18-də Brüsseldə səfərdə olacaq.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
XİN başçısı səfər çərçivəsində NATO və Avropa İttifaqının mənzil-qərargahlarında görüşlər keçirəcək.
D.Zalkalianinin Alyansın Baş katibi Yens Stoltenberqlə ikitərəfli görüşü olacaq. Nazirin NATO-ya üzv ölkələrin səfirləri ilə qeyri-rəsmi görüşü də planlaşdırılıb.
Görüşlərin əsas məqsədi NATO və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə davam edən dialoq çərçivəsində müttəfiqlərlə məsləhətləşmələrin aparılmasıdır. Tərəflər həmçinin NATO-Gürcüstan əməkfaşlığının dinamikası və Avroatlantik regionda təhlükəsizlik sahəsində mürəkkəb vıziyyəti də nəzərdən keçirəcəklər.