Brüssel görüşünün çox mühüm nəticələri olacaq - Rəsul Quliyev

Brüssel görüşünün çox mühüm nəticələri olacaq - Rəsul Quliyev
"Paşinyan Dağlıq Qarabağ mövzusu ilə əl-qolunu bağlamaq istəmir”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib. Onun sözlərinə görə, Nikol bu məsələnin müzakirəsində maraqlı deyil, ancaq erməni revanşistlərini susdurmaq üçün istəmədiyi bəyanatları verir:

"Prezident İlham Əliyevin Brüsseldə Paşinyanla görüşünün çox böyük əhəmiyyəti olmalıdır. Birincisi, Paşinyan Qarabağda heç bir santimetr erməni torpağı olmadığını elan etməlidir. İkincisi, bu gün Xankəndində yaşayanların Azərbaycan vətəndaşları olduğunu və Azərbaycan qanunları ilə yaşamalı olduqlarını təsdiqləməlidir. Dünyada elə bir ölkə yoxdur ki, Azərbaycan ərazilərinin bütövlüyünü qəbul etməsin. Ermənistan baş naziri bunu qəbul etdiyini bəyan etməlidir”.
 
R.Quliyev əlavə edib ki, Avropa İttifaqının başçıları Paşinyanı bu addımları atmağa sövq etməlidirlər:

"Nikolun Azərbaycan və Türkiyə ilə sərhədlərini açıb ticarətə başlaması ölkəyə azı 5 milyard dollar qazanc gətirə bilər və onun müstəqilliyinə heç bir xələl gətirməz. Rusiyadan ildə 1 milyard dollara qədər pul qopardıb boynu bükülü gəzməkdənsə, bu variant yaxşıdır. Ermənistan nəhayət real müstəqil ola bilər. Prezident Əliyev təkbətək görüşdə əminəm ki,  Paşinyanı başa salacaq. Paşinyan özü də müstəqil siyasət aparmaq istəyir. Brüssel görüşünün çox böyük əhəmiyyəti olmalıdır”.

Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakıdan Fransa xarici işlər nazirinin bəyanatına - Reaksiya

"Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu gün bu ölkənin Milli Assambleyasında diplomata yar...

Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi

Rövşən Şükür oğlu Rzayev "Şöhrət” ordeni ilə təltif edilib. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azə...

Bölgədə nə baş verir? - “Ukrayna Putinin Krım körpüsünü dağıdacaq, Rusiya isə..”

"Qərb bu dəfə Rusiyaya heç bir güzəştə getməyəcək”.   Sfera.az bildirir ki, bunu sabiq spiker Rəsul Quliyev Rusiya-Ukrayna münasibətlərini şərh edərkən d...

Azərbaycan-Ukrayna sənədləri imzalandı - YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərvisəndə iki ölkə arasında 6 hökumətlərarası sənəd imzalanıb. Sfera.az  xə...

Rus ordusu niyə Qazaxıstanı belə tez tərk edir? - Çin faktoru, yoxsa...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini...

Prezident sərəncam imzaladı - Müddət Uzadıldı

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Sfera.az xəbər verir ki, Məcəllənin 164.1.51-ci maddəsində "2 i...