\"Britaniya ştammı necə aşkarlanır\" - TƏBİB-dən AÇIQLAMA

\
Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusun daha təhlükəli növü olan Britaniya ştammı aşkarlanıb. Yeni ştammın yoluxduruculuğu isə əvvəlki növdən daha çoxdur və xəstəlik riskli xarakter daşıyır.
 
Maraqlıdır, yeni ştamm hansı cihazla aşkar olunur? Ölkəyə Britaniya ştammını aşkar edən vasitələr gətirilirmi?
 
Bu barədə TƏBİB-dən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni ştammın aşkarlanması virus genomununun analizi ilə baş tutur: "Koronavirusun yeni ştammının aşkarlanması virus genomununun analizi - sekvenləşdirilməsi ilə müəyyənləşdirilir".
 
Sorğuya cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, "Sars COV-2” virusunun genomu bütünlükdə oxunaraq hər nümunə üçün qeyd edilən dəyişikliklər araşdırılır və təsiri öyrənilir: "Bu analizlər yüksək genetik məlumatın əldə olunmasına imkan verən (High throughpout) yeni nəsil sekvenləşdirmə cihazları ilə genetik tədqiqat mərkəzlərində icra olunur".
 
Əzizə Zeynal
Sfera.az
 
 
 
 

OXŞAR XƏBƏRLƏR