BNA könüllülük proqramına müraciət edən namizədlərin seçiminə başlayıb

BNA könüllülük proqramına müraciət edən namizədlərin seçiminə başlayıb
 

Bakı Nəqliyyat Agentliyinin (BNA) "Könüllülər ili” çərçivəsində elan etdiyi könüllülük proqramında iştirak üçün müraciət edən namizədlərin seçiminə başlanılıb.

Bu barədə Sfera.az-a qurumdan bildirilib. 

Məlumata görə, mövcud karantin rejimi ilə əlaqədar namizədlərin seçimi onlayn müsahibə formatında keçirilir. Seçim 144 nəfər namizəd arasında aparılacaq. Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları qiymətləndirilir.

Müsahibədə əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına, bilik və bacarığına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılır. Hazırda müsahibə mərhələsi davam edir və nəticələr barədə namizədlərə məlumat bildiriləcək.

Xatırladaq ki, 2019-ci ildə keçirilən könüllülük proqramı çərçivəsində 60 nəfər iştirak edib. 35 nəfər məzun adını qazanıb 8 nəfər isə Agentlikdə işlə təmin olunub.

Könüllülük proqramının keçirilməsində məqsəd dövlət başçısının çağırışına uyğun həyata keçirilən könüllülər hərəkatına dəstək olmaqdır.


OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...