BNA: Bu ay 48 mindən çox cərimə yazılıb, amma rəsmiləşdirilməyib

BNA: Bu ay 48 mindən çox cərimə yazılıb, amma rəsmiləşdirilməyib

"Bir həftə əvvəllə müqayisədə paytaxtda nəqliyyat axınının 10-12% güclənməsi müşahidə edilir. Nəqliyyat vasitələrinin xaotik hərəkəti tıxaclara səbəb olur".

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

"Son nəticədə, məsələn, Bakının Yusif Səfərov küçəsində 10-15 avtobusun tıxacda gözlədiyini görürük. Bu isə sərnişinlərin dayanacaqlarda gözləmə vaxtının artmasına səbəb olur", - o qeyd edib.

V.Kərimli həmçinin deyib ki, mayın 1-dən qanunsuz dayanma və durma hallarına görə cərimələr bərpa olunub və 48 295 cərimə yazılıb: "Lakin bu cərimələr pandemiya dövründə yazıldığı üçün hələ ki, rəsmiləşdirilməyib".

Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin müddəti bu ayın sonuna qədər uzadılıb.


OXŞAR XƏBƏRLƏR