Bizi qorxulu payız gözləyir – “Havalar soyuduqca yoluxmalar kəskin artacaq”

Bizi qorxulu payız gözləyir – “Havalar soyuduqca yoluxmalar kəskin artacaq”
"Havalar soyuduqca virusa yoluxan şəxslərin sayı artacaq".

Bu sözləri Sfera.az-a açıqlamasında Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bildirib. Professor nəmlənmənin virusun ömrünü uzatdığını deyib:

"Artıq Türkiyədə və Azərbaycanda karantin qaydaları yumşaldılıb. Lakin koronavirusun Delta variantı yayılmaqdadır ki, virusun bu növünün intentivliyi çoxdur və ölüm halları digər mutasiyalara nisbətdə yüksəkdir. Qadağaların aradan qaldırılması isə daha çox insanın bir araya gəlməsi ilə nəticələnib ki, bu da payız aylarında yoluxmanın çoxalmasını aktual edir. İsti aylar virusun yayılması üçün əlverişsizdir. Lakin havalar soyuduqca virusun çoxalma ehtimalı artır. Yəni, nəmlənmə artdıqca virusun ömrü daha uzun olur. Bu baxımdan havalar soyuduqca daha çox yoluxma müşahidə edəcəyik".
 
T.Məmmədov karantin rejiminin tamamilə ləğvinin mümkünsüz olduğunu qeyd edib:
 
"Virusun yeni stendləri meydana gəlməkdədir. Bu baxımdan vaksinlərin təsir gücü zəifləyib. Karantin qaydalarının tamamilə aradan qaldırılması uyğun olmazdı. Bu səbəblə ən mühüm məsələ yeni mutasiyalara qarşı təsir gücü az olsa da peyvənd olunmaqdır. Çünki peyvənd yoluxduruculuğun qarşısını almasa da xəstəliyi yüngül keçirməyimizə səbəb olacaq. Ona görə də maska, sosial məsafənin qorunması məsələsi hələ bir müddət aktiv olaraq qalacaq".
 
Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR