No Image
No Image

"Biz ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik"

"Bəzi insanlarımız fikirləşir ki, referendumla Qarabağın müstəqilliyi elan oluna bilər".
 
Sfera.az xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev müsahibəsində deyib:

- Qüdrət bəy, Azərbaycan Ordusu tariximizin şanlı səhifələrini yazır. Ordumuza zəfər yürüşünü başa çatdırıb, torpaqlarımızı işğaldan azad etməyə xarici güclər mane ola bilərmi? 

- Zorakı separatizmin beynəlxalq hüquq normalarına zidd olması ilə yanaşı bütün dövlətlərin ərazi bütövlüyü və daxili sabitliyi üçün böyük təhlükə yaratması səbəbindən dünyanın və regionun böyük gücləri neytrallıqlarını qoruyub saxlamağa və beynəlxalq hüquqa hörmət etdiklərini nümayiş etdirməyə çalışırlar.Sevgiləri işğalçı dövlətlə olanlar isə humanitar faciələri önə çəkməklə Azərbaycanın hücumlarını dayandırmaq istəyirlər. Ermənistan bu işdə onlara kömək etmək, həm də mülki əhali arasında qorxu yaratmaq üçün şəhər və kəndlərimizə ballistk raketlərlə zərbə endirir, zorla Türkiyə və Rusiyanı bu münaqişəyə cəlb etmək istəyir.

Amma Ali Baş Komandanın dediyi kimi, bu dəfə bizi torpaqlarımızı azad etməkdən heç kim çəkindirə bilməz, çünki həm beynəlxalq hüquq, həm qardaş Türkiyə bizimlədir. Yox, hər hansı yolla  Azərbaycanı dayandıra biləcəklərsə, o halda nə indi, nə də 100 il sonra nəzəri cəhətdən olsa belə Qarabağı Azərbaycandan qopara biləcək heç bir sənəd imzalanmayacaq. Sülh müqaviləsinin bağlanmasının və müharibənin bitməsinin tək yolu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və işğalçı qoşunların torpaqlarımızdan çəkilməsidir. İnşallah, biz Ordumuzun qələbəsini diplomatik müstəvidə rəsmiləşdirəcəyik. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. Amma biz ölkəmizdə siyasi istiqrarsızlıq hökm sürəndə, iqtisadiyystımızın ağır vaxtlarında və beynəlxalq güclərin əleyhimizə olduğu və 20% torpaqlarımız erməni faşistləri tərəfindən  işğal olunanda, yəni 90-cı illərdə belə Qarabağı bizdən ayıracaq heç bir sənədə imza atmamışıqsa indi bunu etməyimiz mümkünsüzdür. Madrid prinsiplərindən danışmağımız xalqımızı narahat etməməlidir. Azərbaycan  heç vaxt Dağlıq Qarabağın son statusunun referendumla, Azərbaycanın ərazi bütövlüyündən kənarda müəyyən olunmasına imkan verməyəcək. Bəzi insanlarımız fikirləşir ki, referendumla Qarabağın müstəqilliyi elan oluna bilər. Prezident min dəfə söyləyib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb və bizim üçün keçilməz qırmızı xəttdir, Azərbaycan torpaqlarında biz ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Artıq Ordumuz başqa reallıq yaradıb. Biz məğlub dövlətdən qalib dövlətə çevrilməkdəyik. Qarabağda azərbaycanlıların yaşadığı şəhər və kəndlərə (Şuşaya, Xocalıya və s.) ev-eşiyindən didərgin düşmüş vətəndaşlarımızı Azərbaycan dövləti köçürəcək, əgər Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul edib öz evlərinə qayıdacaqlarsa, son status müəyyən olunana qədər müvəqqəti yerli özünü idarəetmə orqanlarını da azərbaycanlılarla ermənilər birlikdə formalaşdıracaq. Ona görə də xalqımız Ali Baş Komandana və Ordumuza döyüşlərdə uğurlar arzulamaqla şəhidlərimizin qanı bahasına əldə etdiyimiz qələbələrin sevincini yaşamalıyıq. Allah şəhidlərimizin ruhunu şad etsin!///Moderator.az

OXŞAR XƏBƏRLƏR

Ermənistanın hərbi cinayətlər törətmiş şəxsləri cavab verməlidir - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Fransanın "Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir Ceyhun Bayramov üçtərəfli bəyanat, Rusiya sülhməramlılarının...

“Fransa Senatı erməni lobbisinin əlində oyuncağa çevrilib” - Hulusi Kılıç

Erməni lobbisi müəyyən təsir vasitələri ilə Fransa parlamentini uşaq bağçası səviyyəsinə endirib. Noyabrın 25-də Fransa Senatında baş tutacaq müzakirələr bu qur...

Brayza Fransanın Qarabağ mövqeyini darmadağın etdi

Sfera.az ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza ilə müsahibəni təqdim edir: – Dünən Rusiya xarici işlər nazi...

İspandilli mətbuatda Azərbaycanın səsinə çevrilmiş həmyerlimiz - VİDEO

Xaricdə təhsil alan azərbaycanlı gənclərdə Vətənə sevgi hissi xüsusilə hiss olunur. Bu onların xaricdə olmalarına rəğmən Azərbaycana göstərdiyi diqqət və sevg...

“Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” - XTQ zabiti

Azərbaycanın 30 il erməni işğalında olan torpaqlarını azad etmək üçün apardığı Vətən Müharibəsindəki qələbə payında Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sözün əsl ...

"Rusiya Ermənistanı müdafiə etmək istəsəydi..." - Qüdrət Həsənquliyev

"Dağlıq Qarabağı tərk etmiş dinc erməni sakinlər yalnız Rusiya təhlükəsizlik təminatı verəcəyi halda geri dönə bilərdi". Sfera.az xəbər verir ki, bunu Büt...