Bitcoin ilə maraqlanan investorların 43%-i qadınlardır

Bitcoin ilə maraqlanan investorların 43%-i qadınlardır

Bitcoin fond operatoru olan Grayscale tərəfindən 4 dekabrda dərc edilən hesabata əsasən bitcoin ilə maraqlanan investorların 43%-i qadınlardır. Tədqiqat predmeti olan sorğuda 25-64 yaş arasında 1100 amerikalı investor iştirak edib. Bütün respondentlər fərdi sərmayələrdə iştirak etmiş və ən azı 10.000 ABŞ dolları məbləğində investisiya sahibləridir. Hesabatda qeyd olunduğu kimi, kriptovalyuta sektoru əsasən kişilərin üstünlük təşkil etdiyi məkanı hesab olunur. Əlavə olaraq, GoogleAnalytics, bitcoin cəmiyyətində iştirak edənlərin 90%-nin kişilər olduğunu iddia edir. Lakin keçirilən sorğu qadınların kripto investisiyalara marağının artdığını göstərir.

Sfera.az kriptoinvest.az-a istinadən bildirir ki, sorğuda iştirak edən və BTC-yə maraq göstərən investorların 43%-i qadınlar idi. Eyni zamanda onların 80%-i BTC-nin potensialına inandıqlarını bildirib, 93%-i isə daha çox məlumatlandiricı qaynaqların olduğu təqdirdə rəqəmsal aktivlərə investisiyalara açıq olduqlarını bildirib. Qadınlar kişilərdən fəqli olaraq kripto-investisiyaları varlanmaq üçün deyil, özlərini və ailələrini qorumaq üçün bir vasitə olaraq görürlər.



OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...