No Image
No Image

Birjanın listinqində olan investisiya şirkəti 30% kapital gəliri qazanıb

Birjanın listinqində olan investisiya şirkəti 30% kapital gəliri qazanıb

Nizamnamə kapitalı 100% "Unibank" Kommersiya Bankı ASC-yəməxsus olan"Unicapital İnvestisiya Şirkəti" ASC 2020-ci ili 520 min manat xalis mənfəətlə başa vurub. Bu, 2019-cu ilə nisbətən 32,4% çoxdur. Səhmdar Cəmiyyət 2018-ci ildə 300 min manat, 2019-cu ildə isə 393 min manat xalis mənfəət əldə etmişdi.


İnvestisiya şirkətinin aktivləri 2 dəfədən çox artıb.


2020-ci ilin sonuna "Unicapital"ınaktivləri 13 milyon 39 min manat olub ki, bu da 2019-cu il illə müqayisədə 2,2 dəfə artım deməkdir.

 

Ümümi Kapitala gəlirlilik (ROE) – 30,8%


Şirkətin maliyyə hesabatına görə, ötən il "Unicapital"ın ümumi kapitalı 36,4% artıraraq 1,9 milyon manatı ötüb. Birjada standart bazarda listinqdə olan, nominal qiyməti 3 manat dəyərində 100000 ədəd səhmin hər biri üzrə gəlir 5,2 manat təşkil edib. 2020-ci ilin nəticələrinə görə, Unicapital dövlət büdcəsinə 100 min manatdan çox mənfəət vergisi ödəyib.

 

Qeyd edək ki, Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Qiymətli kağızlar bazarında geniş təcrübəyə malik olan investisiya şirkəti, fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yer tutmaqda davam edir.


Unicapital İnvestisiya Şirkətinin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.


Unicapital hazırda Bakı Fond Birjasının standart listinqinə daxildir. Bu şirkətin şəffaflığının və listinq qaydalarına uyğunluğunun göstəricisidir. Unicapital müştəriləri 1700-dən çox Azərbaycan şirkətinin qiymətli kağızlarına yatırım edərək, gəlir imkanı əldə edir. Həmçinin, Unicapital vasitəsilə 30-dan artıq ölkənin nüfuzlu şirkətlərinin səhmdarı olmaq hər kəs üçün əhəmiyyətli dərəcədə asanlaşır. www.unicapital.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Sfera.az-a bildirilib ki, bankın mayın 16-dan etibarən USD/AZ...

Mərkəzi Bankdan kreditlərlə bağlı ŞAD XƏBƏR

Pandemiya ilə bağlı ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklərə baxmayaraq, bank sektorunun kredit portfeli əsasən sabit qalıb. Sfera.az oxu.az-a istinad...

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Xəbər verdiyimiz kimi, Kapital Bank və "Qırmızı Ürəklər” ("Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarım...

Kapital Bank bayram günlərində xidmət göstərəcək

Kapital Bank 9 may – Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək. Xidmət göstərən filiallar...

Bu il Neft Fondu proqnozdan xeyli çox gəlir əldə edəcək

Neft qiymətlərinin yüksəlməsi Azərbaycan Dövlət Neft Fonduunn aylıq gəlirlərinin artmasına imkan yaradır.  Sfera.az Neft Fondunun məlumatlarına istin...

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!   TuranBank Ramazan bayramı münasibətilə kart sahiblərini yeni cashb...