Birinci doza Sinovac almışamsa, ikinci doza kimi Pfizer ala bilərəmmi? - Həkim AÇIQLADI

Birinci doza Sinovac almışamsa, ikinci doza kimi Pfizer ala bilərəmmi? - Həkim AÇIQLADI
Əvvəllər sual verilirdi ki, vaksin vurduraq, ya yox? İndi bu sual azalıb. Hazırda aktual olan sual: Birinci doza "Sinovac” almışamsa, ikinci doza kimi "Pfizer” ala bilərəmmi?

Qısa cavab verim. Bəli, nəinki vurdura bilərsiniz, hətta vaksinləri kombinasiya etmək, qarışdırmaq daha məsləhətdir. Buna görə tədqiqatlar da aparılıb. Məlum olub ki, ənənəvi vektor vaksinləri ilə yeni era mRNA vaksinlərini (Pfizer) kombinasiya etmək daha güclü immunitet yaradır, nəinki eyni vaksini iki dəfə vurdurmaq.

Sfera.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, tədqiqatda vektor + mRNA kombinasiyası iki mRNA vaksininin əmələ gətirdiyi immunitetdən də güclü olub:

"Delta variantından qorunmaq üçün vaksinlərin dəyişik vurulması məsləhət görülüb. Əvvəlcə "Sinovac”, sonra "Pfizer” vurulması daha məsləhətdir. Nəinki əvvəlcə "Pfizer”, sonra "Sinovac”. Həm də iki vaksinin kombinə edilməsi zamanı əlavə təsirlər də az görülüb və daha təhlükəsiz olduğu məlum olub.

Hansı vaksini məsləhət görürsünüz sualının cavabı budur: Əvvəlcə "Sinovac”, sonra "Pfizer”. Mən tibbi tərəfini izah etdim. Amma bilmirəm siz ikinci dozanı fərqli istəsəniz, poliklinkada işləyənlər, vaksin vuranlar sizə nə cavab verəcək. Çünki Ümumdünya Səhiyyə Təşkilatı ikinci vaksin seçimi qərarını qarışıqlıq olmasın deyə vətəndaşların yox, yerli səhiyyə rəhbərlərinin, qurumlarının verməsini məsləhət görüb”.
 
Publika.az/

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...