No Image
No Image

Biri azərbaycanlı olmaqla 2 nəfərin öldüyü atışma buna görə baş verib - SƏBƏB

Biri azərbaycanlı olmaqla 2 nəfərin öldüyü atışma buna görə baş verib - SƏBƏB
İstanbulun Bahçeşehir rayonunda martın 31-də axşam saatlarında iki silahlı qrup arasında küçənin ortasında baş vermiş atışmanın motivi məlum olub. Həmin atışmada biri Azərbaycan vətəndaşı olmaqla 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb, 4 nəfər şübhəli hadisə yerindən qaçıb.

Sfera.az xəbər verir ki, silahlı qrup əsl kriminal beynəlmiləl təşkil edib, onlar Rusiya, Gürcüstan, Suriya və Azərbaycan vətəndaşları olublar. Qrup üzvləri əvvəlcə mübahisə edib, daha sonra "razborka” silahlı qarşıdurmaya çevrilib. Hər iki tərəf silahlarını çəkib və küçənin ortasında atışıb.

Hadisədə ölən Azərbaycan vətəndaşının adı Rbaba.R. olaraq göstərilir, digər ölən isə 40 yaşlı çeçen Khasan Y.-dir. Rusiya vətəndaşı gürcü Zurab N. və suriyalı Mohammed Y. İsə yaralanıb. Zurabın vəziyyətinin kritik olduğu bildirilir.

Hadisə yerində polislər 2-i rus, biri çeçen olmaqla 3 şübhəlini saxlayıb, 4 tapança və 30 boş güllə darağı aşkar edib. Hadisə yerindən qaçan daha 4 şübhəli isə axtarılır.

Atışmanın səbəbinin pul məsələsi olduğu bildirilir. İddiaya görə iki qrup arasında daşınmaz əmlak satışından yaranan mübahisə olub. Gürcülərin qrupundan bir nəfər satın aldığı daşınmaz əmlaka görə 2 milyon TL az ödəyib, qarşı tərəf pulları istəyəndə mübahisə atışmaya çevrilib.

Qeyd edək ki, bəzi Azərbaycan KİV-ləri silahlı qrupun üzvlərinin "Lotu Quli” və "Rövşən Lənkəranski”nin (hər ikisi sağ deyil) qruplaşmasının üzvləri olduqlarını iddia ediblər. Lakin bunu təsdiqləyən məlumatlar yoxdur.
 
(virtualaz.org)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Həbsdə olan müəllimənin əri Ramiz Mehdiyevin qohumu imiş... - TƏFƏRRÜAT

Külli miqdarda dələduzluqda ittiham edilən gənc müəllimənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 5 il cəza alan qadının şikayəti təmin edilməyib. ...

Biri azərbaycanlı olmaqla 2 nəfərin öldüyü atışma buna görə baş verib - SƏBƏB

İstanbulun Bahçeşehir rayonunda martın 31-də axşam saatlarında iki silahlı qrup arasında küçənin ortasında baş vermiş atışmanın motivi məlum olub. Həmin atışmad...

Pərvinin cinayəti ilə bağlı ŞOK FAKTLAR - Sevgilisinə anası da kömək edib

Gəncədə bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın yaxınları bəzi məsələlərə aydınlıq gətiriblər. Sfera.az bild...

“AMAY Abdulla” məhkəməyə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "A.M.A.Y Holding” MMC-ni məhkəməyə verib.    Sfera.az HİT...

Qanuni oğru “Yaponçik”in qətl sxemi – “Həmişə gəldiyi restoranda...”

Rusiya Baş Prokurorluğu cinayət dairələrində "Yaponçik” ləqəbi ilə tanınan qanuni oğru Vyaçeslav İvankovun 2009-cu ildə  törədilən qətlə yetirilməsi ilə b...

Sosial şəbəkələrdəki şəxsi məlumatlarınız oğurlanarsa... - Qanun nə deyir?

Zaman-zaman sosial şəbəkələr vasitəsilə məlumatların oğurlanması, şəxsi fotoların, videoların yayılması halları ilə qarşılaşırıq. İstər ictimai şəxslər, istərsə...